Sumqayıtda atasını döyən oğul HƏBS EDİLDİ


Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Məhəmməd Novruz oğlu İsmayılov şəxsi münasibətlər zəminində atası N.ismayılova xəsarət yetirib.
Sumqayit.tv
xəbər verir ki, hadisə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən yataqxanda baş verib.
M.İsmayılov ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı atası Novruz Həzi oğlu İsmayılovu vurub.

Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda hadisəni törədən M.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən M. İsmayılov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs doğma atasıdır:
“Mən spirtli içki aludəçisiyəm. Hadisə baş verən günü, saat 21 radələrində evə gəldikdə yemək yeyən zaman içmək üçün 0.25 litr araq və 0.5 litr pivə aldım. Yemək yeyib araq və pivəni içdim”.
Təqsirləndirilən şəxs deyib ki, atası gəzərək xlor satdığından ona bir daha işə getməməsini, zəruri ehtiyaclarını təmin edəcəyini deyib: “Atam isə ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Əsəbləşərək onun üz nahiyəsindən bir neçə dəfə əlimlə zərbə vurdum. Zərbələrin təsirindən atam yerə yıxıldı”.
İş üzrə zərərçəkmiş N.İsmayılovun sözlərinə görə, oğlu M.İsmayılov spirtli içki aludəçisidir, heç yerdə işləmir, tüfeyli həyat tərzi sürür və içki içdiyi vaxtlarda hərəkətlərini, davranışını itirir:
“Hadisə günü saat 21 radələrində M.İsmayılov sərxoş halda evə gəldi. Nalayiq ifadələr işlətdikdə onun sərxoş olduğunu bildim. Ona söyüş söyməməsini, evdə azyaşlı uşaqların olduğunu dedim. Məhəmməd isə sözümə heç bir əhəmiyyət vermədi, söyüş söyməkdə davam etdi. Ona çölə çıxaraq biraz hava almasını dedim. Çölə çıxaraq gəzdik, yataqxana 5-in qarşısına çatdıqda heç bir səbəb olmadan sakit tərzdə söhbət etdiyimiz zaman gözləmədiyim halda əl zərbəsi ilə üzümdən, başımdan vurdu. Zərbələrin təsirindən arxası üstə yerə yıxıldım. Buna baxmayaraq mənə yaxınlaşaraq təpik zərbələri ilə qarnımdan, qollarımdan, kürəyimdən, ayaqlarımdan vurmağa başladı. Zərbələrin təsirindən huşumu itirdikdən sonra məni vurmağı dayandırdı, oradan getdim. Ayağa qalxaraq Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə yaxınlaşdım, döyülməyim ilə bağlı ərizə ilə müraciət etdim”.
Zərərçəkmiş deyib ki, oğlu onu mütamadi olaraq döyür, rahat yaşamağa qoymur. Buna görə də ondan şikayətçidir.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə M.İsmayılov 7 ay müddətinə azadlıqdan məhrum edilib.

4-09-2023, 15:38 136

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102