Fəridin anası: " Mehmanla mənim aramda olan söhbətlər olubsa, öz aramızdadadır, özümüz bilirik"


Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sumqayit.tv-in məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda  F.Bakarovun hüquqi varisi kimi tanınmış anası Aynurə Məlikova media nümayəndələrinin iclasda iştirak etməsinə etiraz edib.
O, işlə bağlı təfərrüatların yayılmasını istəmədiyini deyib:
“Biz burda şou göstərmək istəmirik. Sadəcə işin araşdırılmasını, hüquqi qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda olan söhbətlər olubsa, öz aramızdadadır, özümüz bilirik. Bunun yayılmasına qarşıyıq. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik.”
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti hüquqi varisin vəsatətini əsaslı sayıb.
Hakim deyib ki, işdə ailə sirri ilə bağlı sənədlər var. Buna görə də proses qapalı keçirilməlidir.
Qapalı keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Mehman Xəlilov ona verilən ittiham üzrə özünü təqsirli bilmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.
Növbəti proses sentyabrın 21-də davam edəcək.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib. 

8-09-2023, 09:52 136

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102