Sumqayıt-Bakı qatarındakı sıxlığa rəsmi reaksiya


Sumqayıt-Pirşağı-Bakı reysi üzrə qatarların cədvəlində edilən dəyişiklik sıxlığa səbəb olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yenilənmiş hərəkət qrafiki sərnişinlərin təklifləri nəzərə alınmaqla yeni tədris ilində ictimai nəqliyyatın üzərinə düşən yükün azaldılmasına, insanların təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına hesablanıb:
“Abşeron dairəvi dəmir yolu xətti üzrə səhər saat 07:50 və 07:55 reyslərinin vaxtının dəyişdirilməsi və digər reyslər üzrə də hərəkət qrafikinin optimallaşdırılması cədvəl üzrə əlavə 8 reysin təyin edilməsinə, bunun nətisəsi kimi də gündəlik olaraq daha 2000 sərnişinin sürətli qatarlarla hərəkətinə imkan yaradır.
Bu vaxta qədər saat 07:50 və saat 07:55 reysləri ilə hərəkət edən sərnişinlərimiz 8 sentyabr tarixindən etibarən saat 07:35-ə təyin edilmiş yeni reys və saat 07:40-dakı ənənəvi reys ilə səfər edə bilərlər.
Həmçinin yenilənmiş qrafikə əsasən sərnişinlərimiz Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə saat 08:10-a təyin olunmuş yeni reys ilə də mənzil başına vaxtında çata biləcəklər.
Sumqayıtdan paytaxta səfər edən sərnişinlərin səhər saatlarında Bakıya vaxtında çatdırılması üçün Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı 6-dan 5-ə endirilərək daha qısa marşrut olan Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 2 yeni reys əlavə edilib”.
Rəsmi məlumatda qeyd edilib ki, Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə qısaldılmış Bakı-Xırdalan-Bakı və Bakı-Koroğlu-Bakıxanov-Sabunçu-Bakı marşrutu üzrə qatarlar hərəkət edir:
“Bu qısaldılmış marşrutlar Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında artmaqda olan sərnişin sıxlığının tənzimlənməsini həyata keçirir”.

11-09-2023, 17:30 126

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102