Masazırda qanunsuz tikinti “mafiya”sının ortağı ÜZƏ ÇIXDI – “Göl” ərazisində torpaqları satan Seymur Məmmədov kimdir?


Abşeron rayonu Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə kütləvi şəkildə icazəsiz həyət evlərinin tikilməsi ilə bağlı məlumat yayımlamışdıq. Həmin materialda qeyd olunan ərazidə tikinti işlərini həyata keçirən şəbəkənin Abşeron Rayon İcra Hakimiyyəti ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi bildirilmişdi.
Eyni zamanda, Bakıətrafı ərazilərdə qanunsuz həyət evləri və yaşayış binalarının tikintisinin ən geniş yayıldığı məntəqələrdən birinin məhz Abşeron rayonu Masazır qəsəbəsinin olduğu da diqqətə çatdırılmışdı.
Yenicag.az-ın əldə etdiyi məlumatda bildirilirdi ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı həmin ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.
O da qeyd olunmuşdu ki, “göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Maklerlərin Abşeron Rayon İcra Hakimiyyəti ilə “anlaşdığı” və hər qanunsuz evin tikintisi üçün 2300 manat “hesab” ödədiklərinin iddia olunduğu da materialda öz əksini tapmışdı.
Aparılan araşdırmada o da məlum olmuşdu ki, hazırda “göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir. Ərazidə yaşayan sakinlər isə haqqında danışılan qanunsuz həyət evlərinin tikintisinin əsasən, Elçin və Xəyal adlı şəxslər tərəfindən aparıldığını söyləmişdilər. Maraqlıdır ki, sakinlər adları çəkilən bu şəxslərin Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutan məmur tərəfindən himayə edildiyini bildirmişdilər.
Mövzuya aid Yenicag.az-a daxil olan yeni məlumatda Masazır qəsəbəsində “göl”adlanan ərazidə qanunsuz evlərin tikintisi ilə məşğul olan maklerlərin himayədarlarından, daha doğrusu, şəriklərindən birinin “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov olduğu iddia edilib.
Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyib. Əldə etdiyimiz məlumata görə, maklerlərə Masazırdakı “göl” adlı ərazidəki topraq sahələrinin əlverişli şərtlərlə satışını da məhz Seymur Məmmədov təşkil edir.
“Sumqayıt Bulvar” MMC-nin rəhbərinin “göl”ətrafı ərazilərdə torpaq sahələrini satmaqla bərabər, Abşeron Rayon İcra hakimiyyəti ilə qanunsuz tikinti aparan maklerlərin arasında vasitəçilik etdiyi də vurğulanır. Ümumiyyətlə, Seymur Məmmədovun adı ölkə mətbuatına heç də yad deyil. Mediada cəmi bir neçə ay əvvəl yayılan xəbərlərdə Seymur Məmmədovun dələduzluğa görə məhkəməyə verildiyi bildirilirdi.
Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

15-09-2023, 09:14 403

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102