Sumqayıtda İş adamı tərəfindən təhqir olunan şəhid anası məhkəməyə müraciət edir



Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının görüntüləri qalmaqala səbəb olub.  
Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədov sözügedən görüntülərin lentə alınması və yayılmasında Sumqayıtdan olan şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətovanın səbəbkar olduğunu qeyd edib.
Şəhid anasının onun yanına mebel istəməyə gəldiyini, imtina etdiyi üçün isə qadının qərəzli şəkildə belə bir foto yaydığını iddia edib. Hətta şəhid anasının ünvanına nalayiq ifadələr də səsələndirib.  

Bizim.Media məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini alıb. Saytımıza açıqlamasında Əfsanə Əbülfətova bildirib ki, Şahin Məmmədovun şəhid dəfnindəki davranışı tək onu deyil, bütün Sumqayıt şəhidlərinin ailələrini qıcıqlandırıb.

Görüntüləri isə özü çəkməyib, sosial şəbəkələrdən götürüb: 

“Şəhidin dəfnində mən olmamışam. Şahin Məmmədovun gülən görüntülərini çəkib “TikTok”da paylaşıblar. Kim olduğunu bilmirəm. Mən də onu “TikTok”da gördüm və götürdüm. Torpağa bala qoymuşamsa, əlbəttə ki, bu görüntü qıcıq verəcək. Mən o videoya ağlaya-ağlaya baxmışam. Şahin isə gülür, yanındakılar da ona qoşulub. Həqiqətən də mənə əsəb gəldi. Nəyə gülürsən?  

Sənin balan deyil, tabutu evindən çıxmayıb axı, ona görə gülürsən. Bunu, bu mənada paylaşdım və altından “Öl ay kasıb. Sumqayıtın ağsaqqalları...” - deyə şərh yazdım. Onun sürücüsü Rauf mənə zəng etdi ki, “görüntüləri səhifəndən sil”.  

Cavab verdim ki, “mən sildim, bəs başqası? Artıq video sosial şəbəkələrdə sürətlə yayılıb. Təkrar qayıtdı ki, “sənə deyirəm sil”, mən isə “sildirə bilirsən sil, səhifə mənim, ağıl mənim” dedim. Şəhid analarının hamısı o görüntüləri paylaşıb, altına isə “bizim kimi yanasız” yazıblar. Bəli, məndə də qıcıq yaratdı və paylaşdım”. 

Əfsanə Əbülfətova Şahin Məmmədovdan mebel istəməsi məsələsinə də aydınlıq gətirib: 

“Balamdan əziz heç nə yoxdur. Onun qəbrinə and olsun ki, mən Şahin Məmmədovdan heç nə istəməmişəm. Sadəcə olaraq o hər dəfə deyirdi ki, Kəlbəcərə generator göndərib. Bunu bir neçə dəfə təkrarladı. Axırda dedim ki, “Şahin müəllim bunu 3 ildir başımıza vurursuz. 3 min bala gedib torpağa, heç ailələrinin səsi çıxmır”. Guya öz xoşunla edirsən? Camaatın pulunu yeyib göndərirsən də...” 

Şahin Məmmədovun onun ünvanına nalayiq ifadələr səsləndirməsinə gəlincə, Əfsanə Əbülfətova bu məsələni hüquqi müstəvidə həll edəcəyini vurğulayıb: 

“Mən səhərə qədər toyuq sexində işləyib, təkbaşına bala böyütmüşəm və tabutun altına tək girmişəm. Buna deyir yüngül həyat tərzi? Onun barəsində polisə şikayət etmişəm. Qoy məhkəmədə sübut etsin ki, ondan pul və ya nəsə istəmişəm”.  

Xatırladaq ki, Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovun görüntüləri ictimaiyyətdə narazılıqla qarşılanıb.  Şahin Məmmədov isə görüntülərin ortaya çıxmasında Sumqayıtdan olan şəhid anası Əfsanə Əbülfətovanı günahlandırıb.   

23-09-2023, 01:34 232

Digər xəbərlər

Dənizkənarı kirayə bazarı bahalaşır – Sumqayıt alternativ kimi ön plana çıxır

Sumqayıtda illərdir baxımsız qalan küçələr – sakinlər problemin həllini istəyir - FOTO/VİDEO

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi

Sumqayıtda yarımçıq tikili milyonlarla manata satıldı

Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Etimaddan Strateji İttifaqa: Bakı–Riqa geosiyasi yaxinlaşması

Azərbaycanda qəsdən adam öldürməyə görə cəzalar açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Bu gün, 20:45
Bu gün, 19:00
Bu gün, 16:46
Bu gün, 16:39
Bu gün, 16:34
Bu gün, 16:02
Bu gün, 15:54
Bu gün, 15:38
Bu gün, 15:36
Bu gün, 15:33
Bu gün, 15:11
Bu gün, 14:42
Bu gün, 14:16
Dünən, 21:21
Dünən, 19:28
Dünən, 19:18
Dünən, 16:26
Dünən, 16:17
Dünən, 12:26
Dünən, 12:18
Dünən, 11:56
Dünən, 11:46
Dünən, 09:53
Dünən, 09:46
Dünən, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
22-04-2026, 14:45
22-04-2026, 14:39
22-04-2026, 14:31
22-04-2026, 14:29
22-04-2026, 13:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1044