Sumqayıtda söyüş üstə qətl törədən şəxs kassasiya şikayəti verdi


Sumqayıtda qətl törətməkdə təqsirləndirilən İlkin Muxtarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Sumqayit.tv-nin əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi İlkin Muxtarovun şikayətini təmin etməyib. 
Qeyd: Ötən iyunun 06-da Sumqayıt şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmədə İlkin Muxtarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərib ki, daha əvvəl Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “AL market”in qarşısında evli qadınla tanış olub. Onlar bir neçə dəfə həmin marketin qarşısında görüşüb söhbət ediblər. Görüşlərin birində İlkin qadınla küçədə gəzərkən Vahid İmanlı öz dostları ilə onlara yaxınlaşıb. Bu zaman Vahid İlkinin əlindən 20 manat pul və eynəyini alıb, ona isə “var-yox” söyüşü söyüb və ərazidən uzaqlaşıblar. Daha sonra İlkin Muxtarov dostlarına zəng edib hadisə barədə danışıb. O, Vahid və onun dostu Fuadı “Oba market”in qarşısında görərək onlar tərəfə qaçıb. Fuad ona “var-yox” söyüşü söyərək təhqir edib. İlkinin ifadəsinə görə, o, əvvəl Fuadı əli ilə vurub. Bundan sonra Vahidə yaxınlaşıb. Vahid İlkini yenidən söyərək təhqir edib. Bu zaman o, Vahidin alt çənəsinə yumruqla zərbə endirib. Zərbənin təsirindən Vahid sağ yanıüstə yerə yıxılıb və başı asfalt örtüyə dəyib. “Onun çənəsindən qan gəldiyini görüb Vahidə yaxınlaşdım. Üzünü yudum, daha sonra ağzını açaraq dilini çölə çıxartdım. Vahidin nəfəs aldığını görüb hadisə yerindən uzaqlaşdım. Daha sonra polis əməkdaşları tərəfindən tutuldum”, - təqsirləndirilən şəxs qeyd edib.

25-09-2023, 09:30 194

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102