Gündəm olan azərbaycanlı həkim Xankəndidə başına gələnləri DANIŞDI - ŞOK


“Xankəndidə mərkəzində evim var idi, indi də durur”.
Sumqayit.tv bildirir ki, bu sözləri Ölkə.Az-a müsahibəsində azərbaycanlı travmatoloq, tibb elmləri doktoru, professor Yaşar Cəlilov deyib.
“Moskvanın prokurorluğundan adamlar gəlmişdilər. Onlar mənə “spravka” verdilər ki, Yaşar Cəlilovun evinə 22 və ya 23 min rubl ziyan dəyib. O “spravka” və order hələ də məndə durur. Allah cənab Prezidentimizə cansağlılığı versin, vaxtı gələndə gedib Xankəndidəki evimdə oturmaq fikrim var”,- həkim söyləyib.
O həmçinin deyib: "1983-cü ilə qədər sakitçilik idi. Hamı bir-birinə yaxşı, yoldaş münasibətdə idi. Toya da, yasa da gedirdik. Çörək də yeyirdik. Sonra 1983-cü ildən Zori Balayan ora gəldi və təbliğat apararaq camaatın başını xarab etməyə başladı. O vilayət xəstəxanasında biz 2 nəfər azərbaycanlı idik. Bir baş həkimin müavini var idi, Əjdər həkim, bir də mən. O da həmin hadisələrdən sonra çıxdı gəldi Ağsuda bacısıgildə yaşadı, sonra da rəhmətə getdi. İclasların birindən sonra Əjdər müəllimin yanına getdim, dedim: “Əjdər, bu köpəkoğlu kimdirsə, gəlib burada aləmi qarışdırır”. Biz o vaxtı erməni dilində bilirdik. Rəhmətliklə məsləhətləşdik. Bildim ki, xəbər Xankəndidən keçməyib, durdum getdim Ağdama. Ağdamdan o vaxtı respublika kommunist partiyasının birinci katibi Kamran Bağırovun adına teleqram vurdum ki, burada ciddi təbliğat gedir, milli münaqişə yaranacaq, bununla bağlı ölçü götürün. Qayıtdım gəldim, haradasa 10 gündən sonra mənlə Əjdər müəllimi vilayət partiya komitəsinin üçüncü katibi Mkrtçyanın yanına çağırdılar. Teleqram onun qarşısında idi. Dedi ki, sən niyə belə şeylər yazmısan? Dedi ki, bu bizim xalq şairimizdir. Dedim, nə şair, gəlib danışır ki, Bərdə ikinci erməni imperiyasının paytaxtı olub. Sual verdim ki, bu şeirdir? Nəysə, orada katiblə möhkəm danışdıq. Sonra bizə hədə-qorxu gəldi ki, sizi buradan çıxararıq, qovarıq və s. Amma biz yenə dayanmadıq, Bakıya yenə xəbərdarlıq etdik, amma reaksiya gəlmədi. Ondan sonra bunlar yavaş-yavaş dəyişdi və 1987-88-ci illərdə birinci mənim evimi dağıtdılar. Sonra da çıxdım gəldim".

27-09-2023, 10:00 142

Digər xəbərlər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Bu gün, 20:24
Bu gün, 16:08
Dünən, 22:22
Dünən, 19:35
Dünən, 15:32
Dünən, 14:18
Dünən, 13:55
Dünən, 12:27
Dünən, 12:05
Dünən, 09:58
Dünən, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1067