Sumqayıtda ər arvadını döydü — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Nizam ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Sumqayit.tv Demokrat.az-a istinadən xəbər verir ki, hadisəni törədən Nizamin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O bildirib ki, 2010-cu idə Nazilə ilə ailə həyatı qurub, birgə nikahdan iki övladları olub: 
“Son zamanlar aramızda baş vermiş mübahisələrlə əlaqədar olaraq biz boşanma qərarına gəldik. Buna görə də ayrı-ayrı ünvanlarda yaşadıq. Lakin uşaqlar həyat ytoldaşımın yanında qalıblar”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, səhər saatlarında uşaqları nənələrini görmək üçün onların evinə gəliblər: 
“Həmin gün axşam saatlarında uşaqları anasının  yaşdığı ünvana apardım. Gecə saat 23.00-da həmin ünvanda olduğum zaman Nazilə ilə sənədlərlə bağlı söz mübahisələrimiz düşdü. Nazilə sənədini vermək istəmədiyi üçün mübahisə etdik. Əsəbləşərək onun baş nahiyyəsindən əlim ilə vurdum. Bunu görən azyaşlı qızım anasının səsini eşidərək qorxaraq bayıra qaçdı. Bu zaman Nazilədən vəkilin mobil nömrəsini istədim. Nazilə əlinə mobil telefonu alan kimi həyət düşdü. Mən də həyətə arxasıyca düşdüm. Bu zaman qızımın qışqırdığını gördüm, oradan çıxaraq evimə getdim”.
İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, hadisə günü uşaqları evdən səhər saatlarında çıxaraq nənələrinin yanına baş çəkməyə gediblər, axşam saatlarında isə ataları Nizam ilə birlikdə evə qayıdıblar: 
“Gecə saat 23.00-da yaşadığım evə olduğum zaman Nizam mənimlə sənədlərlə bağlı söz mübahisəsi yaratdı. Mübahisədən sonra üzərimə hücum çəkdi və məni divara dirəyərək başıma yumruqlarla zərbələr endirdi,  vurmağa döyməyə başladı. Mən də heç bir şey edə bilməyəcəyimi gördüm və oturaraq başımı əllərim ilə tutdum. Bunu görən azyaşlı qızım evdən çıxaraq qaçdı. Bu zaman Nizam məndən vəkilinin mobil nömrəsini istədi. Mən də verəcəyimi ona bildirirdim və əlimə telefonu alan kimi evdən qaçdım. Nizam arxamca qaçaraq gəlsə də, mənə çata bilmədi. Daha sonra Nizamkın evdən getdiyini gördüm, evimə qayıtdım. Oradan Daxli İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdim”. 
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Nizam aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 5 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib. 

27-09-2023, 14:00 140

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102