"Hər iki dövlət aralarındakı münasibətin dərinləşməsində maraqlıdırlar" - POLİTOLOQ ŞƏRH ETDİ


"MDB dövlət başçılarının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri baş tutub. Bu da bir həqiqətdir ki, Azərbaycan postsovet respublikaları içərisində Ermənistan xaric bütün dövlətlərlə sıx əlaqələr qurmağı bacarıb. Eyni şəkildə Qırğızıstanla da elmi, siyasi, mədəni və iqtisadi sahələrdə müəyyən bir dinamikaya nail ola bilib".
Sumqayit.tv
xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında iqtisadi dövriyyə bir o qədər yüksək olmasa da, bu iki dövlətin yüksək səviyyədə siyasi və diplomatik münasibətləri var: "Hesab edirəm ki, bu münasibətlərin formalaşmasında son zamanlar türkdilli dövlətlərin fəallaşmasında xüsusi rol oynayan Azərbaycan Respublikasının mühüm addımlarını görmək olar".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu addımların fonunda Orta Asiya dövlətlərində də müəyyən bir canlanma hiss olunmaqdadır: "Ümumiyyətlə, həm Qırğızıstan, həm də Azərbaycan aralarında olan münasibətlərin daha dərinləşməsində maraqlıdır. Çünki hər iki türkdilli dövlət Türk Birliyinə bir töhfə vermək istəyirlər və bu istiqamətdə addımlar atırlar. Düşünürəm ki, bu əlaqələrin davamı mütləq gətiriləcək. Həm Azərbaycan, həm də qırğız xalqı iki dövlət arasında olan xoş münasibətin bəhrəsini görəcəklər".

13-10-2023, 17:23 256

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102