Türkiyə və Azərbaycan alimlərindən Ermənistana Zəngəzur dərsi - FOTO

 

Beynəlxalq Qarabağ Təşkilatı İğdırda möhtəşəm Zəngəzur konfransı keçirdi

Oktyabrın 18-də, Azərbaycanın Müstəqilliyini bərpasının 32-cü ildönümü günündə qardaş Türkiyənin İğdır şəhərində möhtəşəm tədbir keçirildi. İğdır Kültür MərkəzininTürkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş zalında coşqulu anlar yaşandı.
Burada Beynəlxalq Qarabağ Təşkilatının (BQT) və İğdır Azərbaycan dil, tarix və mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evinin təşəbbüsü, həmçinin təşkilatçılığı ilə “Zəngəzur: tarix və müasirlik” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirildi. Konfrans illər öncə düzənlənsəydi, bəlkə də belə qələbəlik müşahidə olunmazdı, budəfəki möhtəşəmliyin əsas səbəbi heç şübhəsiz, Azərbaycanın qazandığı tarixi zəfər, bayrağımızın Xankəndi üzərində dalğalanmasıdır. Hər kəsin çöhrəsində bayram ab-havası var, ziyalılar, sadə vətəndaşlar Azərbaycandan gəlmiş nümayəndə heyətinə olduqca isti münasibət göstərir, təbriklərini çatdırır, bu səfərə görə elə bizimlə bərabər sevinirlər.
Tədbirə ayrılan işıqlı salonda, öz sırada İğdır valisinin yardımçısı, valilik əməkdaşlarının, bələdiyyə üzvlərinin əyləşməsi – vali özü Antalyada keçirilən İğdırı tanıtma törənlərinə qatılmışdı – konfransa diqqətin nümunəsidir. Həm də söhbət Zəngəzurdan gedirsə, Türkiyə və Azərbaycanın bu mövzuya həssasiyyəti müzakirə mövzusu deyil, bunu dost da bilir, düşmən də...
Türkiyə və Azərbaycanın, ümumilikdə Türk şəhidlərinin xatirəsinin sayğı duruşu ilə anılmasından sonra Türkiyənin İstiqlal marşı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Daha sonra şəhidlərimizin ruhuna dua oxundu. Bundan sonra Azərbaycan və Türkiyənin qardaşlığından bəhs edən film nümayiş etdirildi. Olduqca təsirli bir film... Sonda zalda sürəkli alqışlar münasibətin aydın ifadəsi oldu. İğdır Mədəniyyət Mərkəzinin əməkdaşı Göyçən Acar konfransa çox yüksək səviyyədə aparıcılıq etdi. Onun giriş nitqində Türkiyə-Azərbaycan qardaşlığını tərənnüm edən fikirləri, səsləndirdiyi şeir parçaları coşqunu xeyli artırdı.
Konfransın ərsəyə gəlməsində önəmli rol oynayan iki şəxs – Ziya Zakir Acar və Akif Nağı öncə açılış çıxışları etdilər. Tədbirin yüksək səviyyədə ərsəyə gəlməsində böyük əməyi olan İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar ilk olaraq məruzə ilə çıxış etdi. İştirakçıları səmimi salamladıqdan sonra dedi ki, Türkiyə və Azərbaycanın münasibətlərini ifadıə etmək baxımından ən gözəl ifadə qardaş sözüdür. “Türkiyə və Azərbaycan bir-birini heç bir zaman özündən fərqli görməyən, sevincinə sevinən, kədərinə kədərlənən ölkələrdir. Tarixcdə aramızda ayrılıqlar olmasına rəğmən, heç vaxt ayrılmadıq”-söylədi Ziya Zakir bəy. Ardınca Azərbaycanın böyük zəfərlərindən, artıq “olmazsa, olmaz”a çevrilən Zəngəzur dəhlizindən bəhs etdi: “2020-ci ilin noyabrdan onra Güney Qafqazda dəngələr dəyişdi. Artıq Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və onun Naxçıvan bölgəsi arasında əlaqələr bərpa olunacaq. Həmçinin Türkiyədən Orta Asiyaya qədər əlaqə yaranacaq, Turan dəhlizi qurulacaq. Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirəcək, Azərbaycan logistika sahəsində mühüm rola malik olacaq”. Ziya bəy tarixi Xankəndi zəfərindən də danışdı: “44 günlük Qarabağ savaşından zəfərlə çıxan Azərbaycan bölgənin parlayan ulduzudur. Mən ötən il Şuşaya getmişdim və Şuşadan Xanəndiyə böyük həsrətlə baxmışdım. Artıq Xankəndidə də Azərbaycan bayrağı dalğalanır, çox şükürlər olsun. Bundan sonra Türkiyə və Azərbaycan arasında əlaqələr daha da yüksələcək”. Ziya Zakir tədbirin ərsəyə gəlməsinə görə bələdiyyə başqanına, valiyə təşəkkürünü ifadə etdi.
Azad Vətən Partiyasının sədri, Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Akif Nağı çıxışında bildirdi ki, biz bir millət iki dövlət deyirik, eyni zamanda bir dil, iki dövlət ifadəsini də işlətməliyik. “Azərbaycanın Zəngəzur bölgəsinin tarixşünaslığına dair”-adlı məruzə edən natiq bundan sonrakı dönəmlərdə biz bir-birimizin dilini tam şəkildə anlamalıyıq, ləhcələrimizi də başa düşməliyik. Akif bəy Ziya Zakir Acarın Türk dünyası üçün usanmadan çalışdığını xüsusi vurğuladı: “Dostumuz, fədakar insan Ziya bəy bu yolda yorulmadan çalışan insandır. Ziya bəy, sizə eşq olsun, sizi alqışlayırıq, bu işlərinizdə yorulmayasınız”.
A.Nağı Qarabağdakı səfərlərimizlə bağlı danışdı: “Şükürlər olsun ki, Qarabağ azaddır! Şükürlər olsun ki, Xankəndi azaddır! Biz Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasına şahidlik etdik. Bu gün Azərbaycanın müstəqiliyinin bərpa olunduğu gündür. 32 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdi. Azərbaycanın 4 min illik müstəqil dövlətçilik tarixi var”. A.Nağı iştirakçıları Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik etdi. Bildirdi ki, bu, hər birimizin bayramıdır. BQT koordinatoru ardınca Zəngəzur dəhlizinin önəmindən danışdı. Qeyd etdi ki, Zəngəzur dəhlizinin tarixi və iqtisadi əhəmiyyəti böyükdür: “Eynu zamanda Türk dünyasını birləşdirəcək hadisədir. O yol hökmən çəkiləcək! Hər kəs bilməlidir ki, o dəhliz olacaq, onun mənfəətini bütün dünya hiss edəcək, amma bu, Türkiyə və Azərbaycanın mərkəzində dayandığı proses olacaq”. A.Nağı Zəngəzurun tarixi ilə bağlı rus və erməni tarixçilərin saxtakarlıqlarına da diqqət çəkdi. Bildirdi ki, Zəngəzur 4 min il ərzində Azərbaycan dövlətinin tərkibində olub. Natiq qeyd etdi ki, bu mövzuda çoxlu erməni yalanları var, Zəngəzurun olmayan bir dövlətin “tərkibində olduğunu” iddia edirlər. Akif bəy toplantı iştirakçılarına söylədi ki, Ermənistan deyilən Qərbi Azərbaycan ərazlərində Zəngi adı ilə başlayan çoxlu toponimlər var: “Ermənilərin saxtakarlıqlarını da aradan qaldırmalı, göstərməliyik ki, bu ərazilər bizim olub, biz burda yaşamışıq”. A.Nağı bildirdi ki, konfransın materialları Azərbaycan, ingilis, həmçinin rus dillərində çap olunacaq və dünyaya yayılacaq: “Türkiyə və Azərbaycanda müştərək olaraq bu gerçək tarixi dünyaya çatdırmalıyıq. Necə ki, 100 il bundan əvvəl döyüşlərdə birgə olmuşuq, necə ki, Qarabağ qələbəsini bir yerdə qazandıq, eyni zamanda elm sahəsində də bir yerdə olmalıyıq. İnanıram ki, bu istiqamədə fəaliyyətimiz uğurlu olacaq. İstərdim ki, burdakı gənclərimiz də bu, mübarizədə aktiv olsunlar”.
Van Kürəsinlilər Dərnəyinin başqanı Bilal Yücebaş Vanda bildirdi ki, Allahın izni ilə 44 günlük Qarabağ zəfərindən sonra Zəngəzur dəhlizi ölkəmizin dünyaya açılan qapısı, qardaşlıq körpüsüdür. “Azərbaycanlı qardaşlarımız Qarabağdakı 44 günlük o böyük mücadiləni qazandılar. İllər boyunca qanlı göz yaşları ilə bu günü gözlədilər. Bizlər də ölkəmiz adına Azərbaycandakı dostlarımızı, qardaşlarımız təbrik edirik. Rəbbim nəsib edərsə, Zəngəzurla bağlı bu proqramıın eynisini Vanda keçirəcəyik. Bilin ki, Vanda qardaşlarımız var, hər zaman yolunuzu gözləyirik”-B.Yücebaş bildirdi.
Ərzurum Atatürk Universitetinin müəllimi, tarix doktoru Gürsoy Solmaz çıxışında Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” deyimi ilə yanaşı, “Bariş istəyirsənsə, savaşa hazır ol” ata sözünü də xatırlatdı. Xüsusən gəncliyə xitab edərək bir olmağa, milli davada hər zaman ortaya mövqe qoymağa, Türk millətinin adına yaraşanları etməyə çağırdı. Natiq erməni iddialarından bəhs edərkən xatırlatdı ki, Zəngəzur zamanında hiylə ilə alınıb: “Biz tarixi olduğiu kimi bilməlkiyik. Şükür ki, müsəlımanıq və şükür ki, türkük. Amma unutmamalıyıq: bizim bizdən başqa dostumuz yoxdur”.
“Zəngəzurun xristian məlikləri: ermənidilli tarixşünaslıq əsasında” məruzəsini təqdim edən tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəfli erməni yalanları mövzusunda məruzə etdi. “Bu günlərdə Azərbaycanda çox qürutlu gün yaşandı, Pənahəli xanın özülünü qoyduğu Xablındidə bayrağımız ucaldı”-deyən tarixçi alim 1920-ci ildə Zəngəzurun iki hissəyə parçalandığını, bir hissəsinin Ermənistana verildiyini türkiyəli gənclərin diqqətinə çatdırdı. G.Nəsəfli Zəngəzurla bağlı erməni tarixçilərin, etnoqrafların yazdıqlarından bəhs edərək bildirdi ki, Lalayan soyadlı erməni etnoqraf Zəngəzuru gəzərək toponimləri və digər faktları olduğu kimi təqdim etdiyi halda, sonrakı onilliklərdə, xüsusən sovet dövründə erməni tarixçilər iyrənc iddialara əl atıblar: “Məqsəd Azərbaycan ərazilərinə iddia etmək idi”. Alim ermənilərin Ağrı dağına iddiasından da danışdı, bu iddiaların heç bir əsasının olmadığını faktlarla sübuta yetirdi.
Araşdırmaçı jurnalist Novruz Novruzov Zəngəzurun iqtisadi əhəmiyyətindən bəhs etdi. “Zəngəzurun təbii resursları və erməni vandalizminin nəticələri”, adlı məruzəsini təqdim edən natiq Zəngəzurun təbii resursları, erməni vandalların vurduğu zərərlər haqda faktları sıraladı. O, həmçinin Ermənistanın Azərbaycana qarşı ekoloji terror törətdiyini bildirdi. Dedi ki, bu, bir əsrdir davam edir. Amma işğal dövründə Oxçuçay, Arpaçay və Araz çayının çirklənməsi daha yüksək səviyyədə həyata keçirilib. N.Novruzov Metsamor AES-in bölgə üçün yaratdığı təhlükədən də danışdı.
Tarix elmləri doktoru, professor Tofiq Nəcəfli isə “Azərbaycanın Zəngəzur diyarı XIII-XIV əsrlərdə” adlı məruzəsində dedi ki, ötən əsrin əvvəllərində Zəngəzur əyrafında başlanan oyunlar təxminən 7800 kv km-lik ərazinin Ermənistana verilməsi ilə nəticələndi: “Zəngəzur Cənubi Qafqazın ən füsunkar bölgələrindən biridir. Tarixi toponimlər də bu ərazinin türklərə məxsus olduğunu sübut edir. Zəngəzur həm də ehtiyatları baxımından zəngin bölgədir. İrəvandakı atxivlərində də bu yerlərin türklərə məxsusluğu barədə faktlar var. 19-cu əarin 20-ci illərindən sonra Çar Rusiyası tərəfindən köçürülən ermənilər sonradan tarixi yer adlarımızı dəyişdiriblər”. T.Nəcəfli qeyd etdi ki, sovetlər zamanı uzun illər ərzində həmin ərazilərin tarixi ilə bağlı Azərbaycan tarixçilərinə araşdırmalar aparmaq imkanı verilməyib.
Amma ermənilər bu ərazilərlə bağlı kifayət qədər saxtakarlıqları tirajlamaq imkanı qazanıb. “Prezident İlham Əliyevin dediyi kimi, biz Zəngəzura dönəcəyik, özü də tanklarla yox, minik maşınları ilə. Ordan kütləvi şəkildə çıxarıab insanlar öz yurdlarına qayıdacaq. İnşallah Zəngəzir dəhlizinin açılması o qayıdışı sürətləndirmək istiqamətində mühüm addım olacaq”.
Beləcə, Türkiyə və Azərbaycan alimləri mühüm tarixi həqiqətləri dilə gətirərək İrəvanın bir neçə km-liyindən Ermənistana Zəngəzur dərsi keçdilər, "Bir millət, iki dövlət"in alimlərinin də bu məsələdə də vahid mövqedən çıxış etdiyini nümayiş etdirdilər. Bu, həm də Arazın o tayından, İrəvandan Ağrıya kəc baxan bədnam qonşulara gözdağı olan tədbir idi...
 
Musavat.com

 




19-10-2023, 12:30 131

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903