“Cavid” ticarət mərkəzində qızıl satışı ilə məşğul olanlara qarşı dələduzluq...


Sumqayıt Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüfət Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Rüfət Əkbərov etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Cavid” ticarət mərkəzində qızıl satışı ilə məşğul olan zərərçəkmiş Nailə Əliyevadan (şərti) əvvəllər bir neçə dəfə nisyə qızıl-zinət əşyaları götürməklə satıb pulunu qaytararaq etibarını qazanıb. O, 2022-ci ilin yanvar ayının əvvəllərində yenidən ondan xeyli miqdarda qızıl-zinət əşyaları götürməklə satıb pulunu qaytaracağına dair yalan vəd verib aldadıb. Rüfət həmin qadından ümumilikdə 45 539 manat dəyərində qızıl-zinət əşyaları alaraq dələduzluq edib. Bundan başqa, təqsirləndirilən şəxs “Cavid” ticarət mərkəzində qızıl satışı ilə məşğul olan zərərçəkmiş Lalə Həsənovanı (şərti) da eyni üsulla aldadaraq, onun ümumilikdə 34 960 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Rüfət Əkbərov verdiyi vədə əməl etmədiyi üçün zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib və o, saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd: Məhkəmədə Rüfət Əkbərov ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və iddia ərizələrini qəbul etməyərək ifadəsində göstərib ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub.

19-10-2023, 11:25 268

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102