Mişanın Nikola çağırışı Rusiyanı qorxutdu: Təhdid artdı

















Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Nikol Paşinyana müraciəti, “va-bank” getməyə və Rusiyanın bütün strukturlarından (MDB, KTMT, Aİİ) çıxaraq, rus ordusunu ölkədən qovaraq, birbaşa AB-yə istiqamət götürməyə və hazırkı şəraitdən (Rusiyanın Ukraynada bataqlığa girməsindən – red.) maksimum istifadə etməyə çağırması Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.
Sumqayit.tv xəbər verir ki, xüsusilə Rusiyanın təsir dairəsində olan və ya birbaşa Rusiyadan maliyələşən media qurumları bu çağırışa qarşı təbliğata başlayıblar.
Bəzi erməni politoloqlar hesab edir ki, bu, Ermənistan dövlətinin dağılması üçün “ən qısa yoldur”. Onlar cidd-cəhdlə qərbyönlü siyasətin Ermənistanın “başına ciddi fəlakətlər gətirdiyini”, “ərazi itkisinə məruz qoyduğunu” sübut etməyə çalışırlar.
Rusyönlü siyasi şərhçi Qriqor Balasanyan açıqlamasında deyib ki, bu müraciətin təşəbbüsçüsü Saakaşvili deyil, onun “ağası” ABŞ-dır:
“Ola bilsin ki, onları buna Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqdakı son çıxışı ruhlandırıb. Onlar səhvən hesab edirlər ki, mövcud vəziyyətdən - obyektiv və subyektiv səbəblərə görə Rusiyadan narazılıqdan istifadə edə bilərlər”.
Balasanyan Gürcüstanın MDB ilə əlaqələri kəsməklə və Aİİ-yə daxil olmamaqla nələr itirdiyini unutmamağa çağırıb:
“Baxın, adambaşına düşən ÜDM-yə görə Gürcüstan və Ermənistan hansı yerdədir. Gürcüstan bu günə kimi nə NATO-ya, nə də AB-yə üzv olub”.
Qeyd edək ki, 2022-ci il üçün adambaşına düşən ÜDM Gürcüstanda 6 770 dollar (96-cı yer), Ermənistanda isə 5 972 dollar (104-cü yer) olub. Bu baxımdan Balasanyanın müqayisəsi qətiyyən yerində deyil.
Belə aydın olur ki, Saakaşvilinin Paşinyana çağırışı Rusiyanı ciddi narahat edib və ruslar bunun arxasında konkret fəaliyyətin olması ehtimalını yüksək qiymətləndirirlər. Ona görə də Ermənistana qarşı müxtəlif ekspertlərin dili ilə hədələmələr artıb.//axar.az

20-10-2023, 09:00 159

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102