Sumqayıtda 13 yaşlı gənci elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Den.az-a gəncin yaxınları məlumat verib.
Belə ki, 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı ünvanda cərəyan vurub. Gənc ağır vəziyyətdə travmatalogiyanın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, A.Əliyevin vəziyyəti ağırlaşdığından Təcili Tibbi Yardım avtomobili ilə Bakıya yanıq mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır