Sumqayıtda Cərəyan vuran məktəblinin qolu amputasiya edildi - Yenilənib

cereyan-vuran-mekteblinin-qolu-amputasiya-edildi

Sumqayıtda 13 yaşlı uşağı elektrik cərəyanı vurub.
Sumqayit.tv qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı evin yaxınlığında cərəyan vurub. Ağır xəsarət alan məktəbli əvvəlcə Sumqayıtdakı xəstəxanaya, daha sonra Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulan Aslan Əliyev sonra özəl xəstəxanaya köçürülüb. Yaxınlarının bildirdiyinə görə, onun cərəyan vuran əli çiyindən amputasiya edilib. Yeniyetmənin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, A.Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia ediblər.
***
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı açıqlama verib.
Bildirilib ki, Əliyev Aslan Zaur oğlunun bütün müalicə xərcləri özəl xəstəxanaların birində icbari tibbi sığorta hesabına aparılır.
"Uşağın sağ qolu amputasiya olunub. Vəziyyəti ağır stabil qiymətləndirilir. Valideynə və klinikaya məlumat verilib ki, xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşılayır", - deyə agentlikdən bildirilib.




26-10-2023, 11:16 202

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102