150 il öncəki plan: III Dünya savaşı belə olacaq



 
Son illər intensiv müzakirə edilən üçüncü III Dünya müharibəsinin başlaması məsələsi 2022-ci ilin fevralında meydana gələn Rusiya-Ukrayna münaqişəsindən sonra daha da gücləndi.
Daha sonra isə İsrail-HƏMAS məsələsində iddia yenidən gündəmə gəldi, beynəlxalq arenada, siyasi dairələrdə müzakirə mövzusuna çevrildi.
Bəs niyə hər kəs XX əsrdə baş verən iki dünya müharibəsindən sonra üçüncü müharibənin də olacağına bu qədər inanır? Dünyanın taleyini dəyişəcəyi deyilən və sonuncu olaraq görülən müharibənin anonsu ilk nə zaman verildi?
Sumqayit.tv Globalinfo.az-a istinadən “üç dünya müharibəsini planlayan adam” kimi tanınan Albert Payk və onun “yeni dünya düzəni” ideologiyası ilə bağlı 150 il əvvəl yazdığı məktub haqqında detalları təqdim edir.
Masson Ustad və illuminati üzvü olduğu bildirilən Payk, 1809-cu ildə ABŞ-nin Massaçusets ştatının mərkəzi Bostonda dünyaya gəlib. O, ailəsinin 6 uşağından ən böyüyü olub. 1825-ci ildə Harvard universitetinə qəbul olunub, təhsilini başa vurduqdan sonra bir müddət müəllim kimi fəaliyyət göstərib.
Payk 1850-ci ildə Masson təşkilatına qatılıb, onun burada çox ciddi işlərə imza atdığı deyilir. Nəticədə isə hər kəsin bacarmadığını bacarıb və 1959-cu ildə 33-cü dərəcədən Masson Ustadı ünvanını qazanıb. O, 1861-ci ildə Amerikada vətəndaş müharibəsinə qatılıb, köləliyi müdafiə edib, ifrat sağçı olub və general rütbəsinə yüksəlib. 1891-ci ildə səhhətində yaranan problem səbəbi ilə dünyasını dəyişib. Bütün həyatı boyu şair və yazıçı fəaliyyəti diqqət mərkəzində olub, bir neçə kitab yazıb.
Lakin onun 1871-ci ildə italyan Masson Ustadı Cüzeppe Mazziniyə yazdığı iddia edilən məktubun ortaya çıxması bütün diqqətləri ölümündən sonra onun üzərinə çəkib.
Məktub necə tapıldı və onlarda nə var?
Sözügedən məktub 1950-ci illərdə Uiliyam Qay Kar adlı ingilis kəşfiyyatçısı tərəfindən Britaniya muzeyində tapılıb. Kar bu məktubun xüsusilə gizlədildiyini bildirir və öz əsərində yayımlayır.
Məktublarda Payk Cüzeppeyə yeni dünya düzəninin necə formalaşması ilə bağlı planlar, ideyalar və məqsədlərini qeyd edib. Burada 3 dünya müharibəsinin baş verəcəyi deyilir. Məktubda belə qeyd olunur:
Birincisi: “İlluminatinin məqsədinə çatması üçün bir dünya müharibəsi çıxarmalıyıq. Beləliklə Rusiyada Çar hakimiyyətini yıxıb, buranı ateizm və kommunizm qalasına çevirməliyik. Casuslarımız vasitəsi ilə Britaniya və Almaniya İmperatorluğu arasında gərginliyi artıraraq buna zəmin yaratmalıyıq. Nəticədə I Dünya müharibəsindən sonra kommunist düzəni elə formalaşdırmalıyıq ki, bütün hökumətləri yıxa və dinləri zəiflədə bilək”.
İkincisi: “Daha sonra II Dünya müharibəsi meydana gətirilməlidir. Bunun üçün isə faşistlər və sionistlər adlanacaq iki kəsim arasında gərginliyi müharibə ilə nəticələnəcək şəkildə artırmalıyıq. Nazi adlandırılacaq faşistləri müharibənin sonunda məhv edilməli və nəticədə Fələstində müstəqil sionizm dövləti qurulmalıdır. II Dünya müharibəsindən sonra beynəlxalq arenada kommunizm xristianlığı tarazlaşdıra biləcək bir gücə çevrilməlidir. Bu tarazlığın saxlanılması cəmiyyətlərə son çöküş yaşadacağımız tarixə kimi bizə lazımdır”.
Üçüncüsü: “Bu son müharibə üçün İslam aləminin liderləri və sionistlər arasında casuslarmız vasitəsilə mübahisəli məsələlər üzərindən gərginlik artırılmalıdır. Bu müharibə müsəlman ərəb dövlətləri ilə yəhudi dövlətinin bir-birilərini məhv edəcəkləri şəkildə istiqamətləndirilməlidir. Həmin qarışıqlıqda biz digər xalqları fiziki, mənəvi və iqtisadi çöküşlərlə mübarizə aparacaq səviyyəyə gətirməliyik. Bu qanlı xaos və vəhşiliyin yaratdığı qorxuda mütləq ateizmin təsiri ortaya çıxması üçün nihilistlərə və ateistlərə yol açmalı və böyük bir sosial çöküş yaratmalıyıq”.
Əvvəlki iki dünya müharibəsinin məktubda yazılanlara uyğun şəkildə baş verməsi onun ortaya çıxdığı illərdə ciddi rezonans doğurub. Lakin bu məktubların orijinalı daha sonra tapılmayıb. Yazılanlar sadəcə ingilis kəşfiyyatçısının köçürdüyü nüsxələrdə qalıb. Bu səbəblə məktubda yazılanlar reallığa uyğun gəlsə də, onun həqiqətən var olması sadəcə iddia səviyyəsindədir.
ABŞ-da son illərdə, xüsusilə Cozef Bayden hakimiyyəti dönəmində “yeni dünya düzəni” ifadəsinin tez-tez işlənməsi, bu çıxışların fonunda İsrail-HƏMAS münaqişəsinin gündəmə gəlməsi məktubla bağlı iddiaları yenidən nəzərdən keçirməyə sövq edir.
Maraqlıdır ki, Alber Payk vəfat etdikdən illər sonra Vaşinqtonda onun heykəli ucaldılıb. ABŞ administrasiyasına qarşı döyüşən, ifrat afroamerikalı əleyhdarı, köləliyi müdafiə edən bir şəxsə ölkənin paytaxtında heykəl ucaldılması diqqət çəkib. 2020-ci ildə Amerikada qaradərili Corc Floydun öldürülməsindən sonra meydana gələn aksiyalarda Paykın heykəli etirazçılar tərəfindən dağıdılıb.
Bəlkə də, III Dünya müharibəsi artıq başlayıb, bəşəriyyətin taleyi yüz illər öncədən planlanıb və dünyanı tamamilə yeni bir mərhələ gözləyir.


Müəllif: Kult.az

26-10-2023, 14:00 194

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065