Sumqayıtda 43 yaşlı kişi bacısını döydü


Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Sumqayit.tv-nin əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində baş verib. 

Abbas yaşadığı  evinin giriş otağından bacısı Aydan ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. Baş vermiş mübahisə zamanı bacısının döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bacısı Aydan 2023-cü ilin may ayından etibarən 2018-ci il təvəllüdlü oğlu İlkin ilə birlikdə onunla yaşayır: “Aramızda ara-sıra mübahisə yaranır. Hadisə günü, saat 11.20-də Aydanın oğluna qapını bağlamağı tapşırdım. Bunu eşidən Aydan üzərimə hücum çəkdi. Mən də əsəbiləşdiyim üçün Aydanın sifətinə və dodağının üstünə şillə ilə vurdum. Əsəbiləşdiyim üçün belə davranmışam. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, onula eyni evdə yaşayan Abbas da onun kimi ailəsindən boşanıb, onlarla birlikdə yaşayır: “Mən 2023-cü ilin mayında bu evə köçmüşəm. Həmin vaxtdan etibarən qardaşım ilə aramızda mübahisələr yaşanıb. Abbas mənim həmin evdə yaşamağımı istəmir, eyni zamanda oğlum ilə də yola getmir. Hadisə günü, saat 11.20-də evdə olarkən Abbas oğlum İlkinə nəsə tapşırdı. Mən isə İlkinin uşaq olduğunu, edə bilməyəcəyini dedim. Bundan sonra Abbasla aramızda mübahisə baş verdi. Mübahisə zamanı Abbas məni döydü”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

6-12-2023, 13:00 163

Digər xəbərlər

“Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar-FOTO

Sumqayıtda sakin gecə saatlarında restoranların qarşısındakı səs-küydən şikayətlənir

Bəzi məhsullar bahalaşa bilər

Azərbaycan və Ukrayna bu sahədə əməkdaşlıq edəcək

Vətəndaşlara 122 milyondan çox ƏDV geri qaytarılıb

Sumqayıt” – “Neftçi” matçının stadionu DƏYİŞDİRİLDİ

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt sakini dənizdə boğularaq öldü

Sumqayıtda 61 yaşlı kişi sükan arxasında vəfat etdi

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı – ailə mübahisəsi MƏHKƏMƏYƏ GEDİB

Əlil arabasında həyatını kitaba çevirdi – Yusif Əlilinin “Sərhədsiz Həyat” kitabı təqdim edildi

Sumqayıtda 10 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı-SAĞ QALDI

Sumqayıtda 19 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü

Lionel Messi atasına son vidanı etdi-FOTO

Sumqayıtda gecə saatlarında motosikletlərə qarşı NƏZARƏT GÜCLƏNDİRİLDİ – 30-a yaxın sürücü cəzalandırıldı-VİDEO

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:13
Bu gün, 17:13
Bu gün, 16:01
Bu gün, 15:45
Bu gün, 14:29
Bu gün, 14:25
Bu gün, 13:12
Bu gün, 12:49
Bu gün, 12:35
Bu gün, 12:31
Bu gün, 12:22
Bu gün, 12:00
Bu gün, 10:25
Bu gün, 02:13
Bu gün, 01:49
Dünən, 18:48
Dünən, 13:39
8-08-2026, 18:23
8-08-2026, 16:12
8-08-2026, 15:43
8-08-2026, 12:55
8-08-2026, 11:06
8-08-2026, 11:04
8-08-2026, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1095