Sumqayıtda binanın blokunu tualetə çevirən kişini DÖYDÜLƏR

Sumqayıtda binanın blokunu tualetə çevirən  kişini DÖYDÜLƏR
Sumqayıtda kişi keçmiş qonşusunu döyüb.
Sumqayit.tv
xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində baş verib. Bakıda yaşayan E.Ə. burada binalardan birində yaşayan anasına baş çəkməyə gəlib. Lakin anası bağ evinə getdiyi üçün taksi sifariş edərək, onun yanına getməyə hazırlaşıb.
E. Ə. bu zaman binanın blokunun girişində təbii ehtiyacını (sidik) ödəyib. Onun bu hərəkətini görən bina sakini E. C. yaxınlaşaraq, ona irad bildirib və buranı çirkləndirməməsini xahiş edib. Ancaq E. Ə. bu iraddan hiddətlənərək, E. C.-nı və ailə üzvlərini təhqir edib, həmçinin əl-qol atıb. Qarşı tərəf də cavab olaraq, onun üzünə yumruqla və bədənin digər hissələrinə təpiklə zərbələr vurub. Nəticədə E. Ə. müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb.
E. C. barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi açılıb.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun barəsində elektron qolbaq taxmaqla 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

8-12-2023, 08:22 242

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102