Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Sumqayit.tv xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən
Oxu24.com-a məlumat verilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
***
Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.