Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

 
 
1942-ci ilin iyun ayında Almaniya Hərbi Hava Qüvvələri (Lyutvaffe) Novqorod istiqamətində böyük itkilərə məruz qalanda Adolf Hitler Vermaxtın ali rütbəli hərbçilərini təcili müşavirəyə çağırıb. Fürerin müşavirədəki əsas hədəfi Hərbi Hava Qüvvələrinin rəhbərləri olub, xüsusilə də döyüş əməliyyatlarına cavabdehlik daşıyan qərargah rəisi, general-polkovnik Hans Eşonnek.  Hitler heç bir izahat eşitmədən, heç kimi dinləmək istəmədən Eşonneki farağat komandasında saxlayıb:
-Sizin üzünüzdə iki dəlik var. Yox, elə düşünməyin ki, mən burun dəliklərini nəzərdə tuturam. Söhbət yuxarıdakı dəliklərdən gedir, göz dəliklərindən. Onlar öz funksiyasını itirib, işləmir, siz korsunuz, kor generalsınız, heç nəyi görmürsünüz, yaxud görüb özünüzü görməzliyə vurursunuz. Sizin 12 pilotunuz bir sovet pilotunun cavabını verə bilməyib.

1000013449.jpg (78 KB)

Sonra fürer masanın üstündəki ağ-qara şəkli qaldıraraq ona göstərib:
-Bu şəkilə diqqətlə baxın. Bu sovet pilotu Boris Kovzandır. Sizi Novoqorodda darmadağın edən pilot, şərq cəbhəsindəki səmalarda meydan sulayan pilot. İndi cavab verin, nə vaxt ciddi tədbir görəcəksiniz?
General eşitdiyi ağır sözlərdən təmkinini pozmayıb:
-Mənim fürerim, o, ən qısa müddətdə məhv ediləcək.
Hitler generaldan əminlik cavabı eşitsə də o, əsəblərinə hakim kəsilə bilməyib. Fürer masanın üstündəki qəhvə fincanını zərblə yerə çırpıb:
-Bu, mənim sonuncu xəbərdarlığımdır...
Hitleri fincanını yerə çırpmağa məcbur edən, Vermaxt generallarının yuxusuna haram qatan Boris Kovzan kim olub?

1000013448.png (471 KB)

Əvvəlcə onu qeyd edək ki, Boris Kovzan dünyada yeganə təyyarəçidir ki, 1941-1945-ci illərdə müharibə zamanı 4 dəfə hədəfini məhv etmək üçün tarana (birbaşa öz təyyarəsi, gəmisi, yaxud da zirehli texnikası ilə zərbə vurmaqdan ibarət olan bir döyüş üsulu) gedib və sağ qalıb. Ümumilikdə o, müharibə illərində 364 döyüş uçuşu həyata keçirib, onun döyüş gündəliyində 37 alman təyyarəsinin məhv edilməsi ilə bağlı qeydlər aparılıb.
1922-ci ildə Rostovda anadan olan Kovzan Odessa Hərbi Aviasiya Məktəbini bitirib. Müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Ayrı-ayrı hərbi birləşmələrin aviasiya hissələrində xidmət edən Boris Kovzanın adı qəhrəman pilot kimi qısa bir müddətdən sonra yuxarı dairələrdə də çəkilib.
Ağır döyüşlərdə bir neçə dəfə yaralanan pilot 1943-cü ildə döyüş tapşırığını yerinə yetirərkən sağ gözünü itirib. Amma buna baxmayaraq o, cəbhədən geri dönməyib. Qəhrəman pilot bununla bağlı hətta İosif Stalini də aldadıb.
Göstərdiyi şücaət və qəhrəmanlıqlara görə Kovzan Sovet İttifaqı Qəhrəmanı adına layiq görüləndə mükafatı ona şəxsən İosif Stalin təqdim edib.

1000013478.jpg (83 KB)

Təqdimat zamanı Ali Baş Komandanla pilot arasında kiçik bir dialoq yaranıb:
-Boris İvanoviç, siz bundan sonra nə işlə məşğul olmaq fikrindəsiniz, bu haqda düşünmüsünüzmü?
-Bəli, yoldaş Stalin, mən cəbhəyə qayıdacam, mübarizəmi qələbəyə qədər davam etdirəcəm.
-Siz artıq kifayət qədər döyüşmüsünüz. Mən belə düşünürəm ki, siz indi akademiyada təhsil almalısınız.
Pilot Stalinə akademiyada təhsil alacağını söz versə də elə səhəri gün yenidən cəbhəyə qayıdıb. Bu görüşdən təxminən bir ay sonra Dövlət Müdafiə Komitəsinə Kovzanın növbəti döyüş uğurları haqqında arayış təqdim edilib. Stalin arayışı nəzərdən keçirərək pıçıldayıb:
“Pilot məni aldatdı, oxumağa getmədi...”
Stalin bu hadisəni unutmayıb. Kovzan isə akademiyada təhsil almağı haqqında düşünməyib. Müharibədən sonra o, kapitan rütbəsində xidmətini aviasiya hissələrində davam etdirib.

1000013450.jpg (45 KB)

Nəhayət, günlərin birində səhra təlimində olarkən rabitə vasitəsi ilə onu təcili hərbi hissənin qərargahına çağırıblar. Boris Kovzan təcili qərargaha yollanıb. Ona möhürlü zərf təqdim olunub. Zərfdə onun Moskva Hərbi Hava Qüvvələri Akademiyasının dinləyicisi olması haqqında sənəd olub. Sənədə ayrıca bir kağız parçasında Stalinin öz xətti ilə kiçik bir qeyd də əlavə edilib:
“Mən sizə təhsilinizdə uğurlar arzulayıram. Siz Silahlı Qüvvələrimiz üçün lazımlı kadrsınız və peşəkar pilotsunuz. Amma bundan sonra çalışın ki, verdiyiniz sözə əməl edin, xüsusilə də Ali Baş Komandan İosif Stalinə...”
Beləliklə, Kovzan akademiya təhsili alıb, polkovnik rütbəsinə qədər yüksələrək, aviasiya hissələrində yüksək vəzifələr tutub.
Ömrünün son illərini Minsk şəhərində yaşayan qəhrəman pilot 1985-ci ildə, 63 yaşında vəfat edib.
Musavat.com

29-03-2024, 11:00 166

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102