Sumqayıtda narkotik almaq üçün tanışını 10 manata görə öldürdü - AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səftər Bünyətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sumqayit.tv
-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2022-ci ilin avqustunda Sumqayıt şəhərində baş verib. Belə ki, S.Bünyətov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2000-ci il təvəllüdlü Pərvin Dadaşovu bıçaqla xəsarətlər yetirərək qətlə yetirib.
S.Bünyətova qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
 
İttihama görə, S.Bünyətov narkotik vasitədən asılılığını təmin edib narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə 27 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində tanışı ilə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində görüşüb. O, narkotik vasitə almaq üçün ondan 15-20 manat məbləğində pul istəyib. Həmin şəxs pulu verməkdən imtina etdikdə narkotik vasitəyə olan ehtiyacını ödəmək məqsədilə saat 12:04-də digər tanışı, zərərçəkmiş P.Dadaşovun mobil telefona SMS göndərərək ondan 10 manat pul tələb edib. Zərərçəkmiş də pulunun olmadığını söylədikdə onu görüşə təkid edib. Həmin şəxslər saat 11:30 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasının yaxınlığında görüşüblər. Səftər Pərvindən yenidən pul istəyib. Sonra onların arasında mübahisə yaranıb. Nəticədə o, mətbəx bıçağı Pərvinə zərbə endirərək onu qətlə yetirib.

3-04-2024, 11:43 185

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102