Nüvə silahını yaradan, sonradan ona qarşı çıxan alimlə bağlı ŞOK FAKTLAR

 



Ağ Evdə nüvə alimləri ilə keçirilən görüşdən sonra ABŞ prezidenti Harri Trumen köməkçisini yanına çağıraraq istehzalı tərzdə ona göstəriş verib:
- Bir daha bu “mərhəmətli” alimi mənim qəbuluma buraxmayın.

AMERİKA SON.png (260 KB)

Maraqlıdır, hansı alim prezidentə bu dərəcədə “mərhəmətli” görünüb ki, onun qəbuluna qadağa qoyulub?
Söhbət “Atom bombasının atası” adlandırılan Robert Oppenheymerdən gedib.

ROBERT.jpg (47 KB)

Məhz həmin görüş zamanı o, ABŞ prezidentinə öz narahatlığını və həyəcanını bildirib:
- Cənab prezident, atom bombalarının Yaponiyaya atılmasından sonra biz əllərimizi qanlı görürük.
Trumen yazıq görkəm almış fizikə rişxəndlə cavab verib:
- Qanlı əllər su ilə asanlıqla yuyulur.
Bu görüşdən sonra Oppenheymer rəsmi dairələrdə çox görünməsə də, o, yeni yaradılmış Amerika Birləşmiş Ştatları Atom Enerjisi Komissiyasının nüfuzlu baş məsləhət komitəsinə sədrlik edib. Oppenheymer bu vəzifədə olarkən nüvə silahı sahəsinin inkişafına qarşı çıxıb. Bu isə həmin ərəfə olub ki, ABŞ-la SSRİ arasında nüvə silahı üzrə sözün əsl mənasında yarışma gedib. Təbii ki, Robert Oppenheymerin bu cür mövqeyi ABŞ rəsmilərini qane etməyib və o, rəsmi dairələrdə “siyasi etibarsız” şəxs kimi tanınmağa başlayıb. Daha bir versiyaya görə isə Robert Oppenheymer nüvə silahının hazırlanması proqramının SSRİ-yə ötürülməsində şübhəli bilinib.
Alimin başının üzərində dolaşan qara buludların fonunda ABŞ-ın Federal İstintaq Bürosu onun haqqında araşdırmalara başlayıb. Araşdırmalar zamanı məlum olub ki, Robert Oppenheymerin həyat yoldaşı Kommunist Partiyasının üzvüdür. O da məlum olub ki, fizikin kommunist qruplarla hələ Avropada təcrübədə olarkən müəyyən əlaqələri olub. Onu da qeyd edək ki, Robert Oppenheymer nüvə proqramına rəhbərlik edəndə öz şəxsi anketində bu haqda məlumat verib. Amma nədənsə həmin vaxt bu məsələyə ciddi reaksiya verilməyib. Araşdırmaçıların qənaətinə görə, alimin kommunistlərlə əlaqəli olmasını həmin dövrdə prezident olan Franklin Ruzveltə məruzə edəndə o, bunun heç də təhlükəli olmadığını söyləyib.
ALİM SON.png (339 KB)

Araşdırmalar sona çatdıqdan sonra Robert Oppenheymer bütün vəzifələrindən azad olunub, onun nüvə proqramları ilə bağlı məxfi bazalara giriş səlahiyyəti əlindən alınıb. 1954-cü ildən Oppenheymer universitetlərdə sıravi müəllim kimi mühazirələr oxuyub.
Qeyd edək ki, yəhudi əsilli Robert Oppenheymer 1904-cü ildə Nyu-Yorkda anadan olub. Valideynləri 1888-ci ildə Almaniyadan Amerikaya köçüblər. Onun atası tekstil ticarəti ilə məşğul olub və zəngin yəhudilərdən sayılıb. Anası isə rəssamlıqla məşğul olub.
Oppenheymer orta təhsilini Nyu-Yorkun ən nüfuzlu məktəblərindən birində alıb, sonra isə Harvard Universitetinə daxil olub. O, universiteti üç ilə fərqlənmə diplomu ilə bitirib. Elmi təcrübəsini Avropada keçirən Robert Oppenheymer dövrün ən tanınmış alimlərinin laboratoriyalarında çalışıb, 23 yaşında elmi işini müdafiə edərək alimlik dərəcəsi qazanıb və elə həmin vaxtdan, 1927-ci ildən atomlarla sərbəst elektronların qarşılıqlı əlaqəsinə dair nəzəriyyə üzərində işləməyə başlayıb.
Avropadakı təcrübə illərindən sonra Amerikaya qayıdan Robert Oppenheymer uzun illər ölkənin ən nüfuzlu universitetlərində professor kimi pedaqoji fəaliyyət göstərib.
1941-ci ildə ABŞ prezidenti Franklin Ruzvelt nüvə silahının yaradılması proqramının icrasını sürətləndirəndə atom sahəsi üzrə ən tanınmış alimlərdən biri sayılan Oppenheymer Manhetten layihəsinin rəhbərlərindən biri, Los-Alamos laboratoriyasının başçısı olub. Bu laboratoriyada 1500 nəfər mütəxəssis çalışıb.
ALİM YENİ.jpg (72 KB)

1945-ci ilin iyununda alimlər qarşıya qoyulan vəzifəni tam icra ediblər və atom bombasının sınağı uğurlu nəticə verib. Həmin ilin avqust ayının 6-da və 9-da isə atom bombası Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb.
Bir çox dahilərdə olduğu kimi Oppenheymer də qeyri-adilikləri ilə fərqlənib. Məsələn, alim hədsiz dərəcədə duzlu yeməyi xoşlayıb. Amma buna baxmayaraq o, həyat yoldaşına tapşırıb ki, xörəyə ümumiyyətlə duz atmasın. Oppenheymer əvvəlcə duzsuz xörəyi yeyib, sonra isə duz yeməyə başlayıb.
Oppenheymeri fərqləndirən cəhətlərdən biri də onun hədsiz tütün aludəçiliyi olub. Elə 1967-ci ildə də onun tütünə meylliliyi səhhətində ciddi problemlər yaradıb. Alim həmin il, 62 yaşında boğaz xərçəngindən vəfat edib.

Musavat.com

3-04-2024, 14:07 178

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064