Sumqayıtın bir sıra məhkəmələrinə hakim və sədrlər təyin edilib.Sumqayit.tv xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
– Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
– Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;
– İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;