QAİ Sumqayit Nümayəndəliyinin Qadınlar Şurası gələcək iş planını müzakirə edib-FOTOLAR



Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyinin ofisində  Qadınlar Şurasının növbəti toplantısı keçirilib.  
Sumqayit.tv-yə verilən məlumata görə, iclas, nümayəndəlik üçün verilmiş yeni ofisinin konfrans zalında baş tutub.

Tədbir Azərbaycanın müstəqilliyi və bütövlüyü uğurunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlayıb.

Müqəddəs Ramazan Bayramı ərəfəsində baş tutan toplantını giriş sözü ilə Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açıb. O tədbir iştirakçılarına  Qərbi Azərbaycan İcması İdarə Heyyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin  və QAİ Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızının salamlarını çatdıraraq, qarşıdan gələn Ramazan Bayramı münasibətilə iclas iştirakçılarını təbrik edib, xanımlara işlərində uğurlar arzulayıb.

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin Qadınıar Şurasının sədri, İlhamə Abdullayeva Sumqayıt nümayəndəliyinə yaradılan şərait üçün ölkə prezidentinə İlham Əliyevə və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlığını bildirib. 

O Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz doğum günündə bir qurup Qərbi Azərbaycanlı ziyalılarla görüşünü əhəmiyyətinə diqqət çəkərək əlavə edib ki, bu bizim qarşımızda qoyulan böyük məsuliyyətdir.  

“Məlumunuz olduğu kimi artıq, QAİ Qadınlar Şurasının sədr M.İbrahimqızının rəhbərliyi altında respublikanın bir sıra yerlərində qadınlar qolu yaradılıb və fəaliyyət göstərir”- deyə İ.Abdullayeva bildirib. 

Daha sonara  QAİ Sumqayıt nümayəndəliyinin Qadınlar Şurasının qarşıda duran tədbirlər planı ətrafında müzakirələr aparılıb. 

Sonda Icmanın Sumqayıt  Nümayəndəliyinə verilən yeni ofisinin qarşısında xatirə fotosu çəkilib. 


















10-04-2024, 16:43 1 386

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102