Prezidentin Şuşa sakinləri ilə görüşdə açıqladığı MÜHÜM MƏQAMLAR- ŞƏRH

 

 
"Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə “əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin” açıqlamasının birinci hissəsi İrəvanda mitinq keçirən radikallara, onlara dəstək verən kilsəyə ünvanlanıb".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, radikallar baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan imtina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bu, növbəti müharibəyə səbəb olacaq və ermənilərin bu dəfə itkiləri daha böyük olacaq:
"Erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşişin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaq, ikinci seçim əvvəlkitək baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırki danışıqlar prosesinə tərəfdar olmaqdır. İkinci Qarabağ müharibəsindən ağır dərs alan erməni cəmiyyətinin əksər hissəsinin ikinci seçimə üstünlük verəcəyi ehtimalı yüksəkdir".
Elxan Şahinoğlu həmçinin qeyd edib ki, İlham Əliyevin mesajının ikinci hissəsi Fransa və ABŞ-a yönəlib:
"Prezidentin xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırki danışıqlar prosesinə mane olmamalı, əldə edilən razılaşmalara dəstək verməlidirlər. Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Vaşinqton isə mövcud prosesi dəstəkləməyə hazırdır. Bu mənada Vaşinqton Parisdən fərqlənir. İlham Əliyev də ikisi arasında bərabərlik işarəsi qoymur. Dövlət başçısı ən azı ABŞ rəsmiləri və diplomatları ilə dialoqu davam etdirir, Fransa ilə dialoq isə Parisin siyasəti ucbatından sıfıra endirilib".
 

11-05-2024, 13:07 192

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102