SDU-da “Yaşıl dünya naminə həmrəylik” forumu və “Yaşıl iş yerləri” sərgisi təşkil eilib



Mayın 14-də Sumqayıt Dövlət Universitetində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar dövlət strukturları, özəl təşkilat və müəssisə rəhbərlərinin də iştirak etdiyi “Yaşıl dünya naminə həmrəylik” forumu və “Yaşıl iş yerləri” sərgisi keçirilib.
Tədbir SOCAR Polimer MMC–nin baş sponsurluğu, “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Glensol” şirkətinin sponsurluğu ilə Sumqayıt Dövlət Universitetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt Dövlət Texniki Kollecinin dəstəyilə baş tutub.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Böyük Akt zalında davam edən forumu giriş sözü ilə universitetin rektoru, dosent Rüfət Əzizov açaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu, qonaqları və iştirakçıları salamlayıb. Rektor “Yaşıl dünya naminə həmrəylik” forumunun əhəmiyyətindən bəhs edib. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər keçirildiyini, bugünkü forum da Azərbaycanın COP29-a ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunması gənclərin bu sahədə məlumatlandırılması, ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi ilə yanaşı, bu sahədə elmi-tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Rektor COP29-un Azərbaycanda keçirilməsinin ölkənin həm siyasi, həm də iqtisadi həyatında önəmli bir hadisə olduğunu, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və yaşıl artım ayrıca yer aldığını, bu istiqamətdə təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların qurulması, biomüxtəliflik, yaşıl enerji və s. digər sahələr əhəmiyyətli mövzular olduğunu diqqətə çatdırıb. Rüfət Əzizov qeyd edib ki, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq reytinq təşkilatı olan Times Higher Education-un illik “qlobal təsir” forumuna birgə ev sahibliyi edəcək və nəticədə ölkəmizin bu istiqamətdə apardığı işlərə öz töhfəsini verəcək.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsini, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın təzahürü olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhəri ərazisində də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər, o cümlədən ağacəkmə aksiyaları həyata keçirilir. Sumqayıt Azərbaycanda “yaşıl dünya” naminə çağırışların öz təcəssümünü uğurla tapdığı ünvanlardan biridir.
Zakir Fərəcov vurğulayıb ki, adambaşına düşən yaşıllıq həcminə görə Sumqayıt respublikamızın şəhərləri arasında öncüllər sırasına çıxıb. Hələ bir neçə il əvvəl Sumqayıtda Dənizkənarı bulvarın yaradılması bu istiqamətdə görülən işlərin miqyasına aydınlıq gətirir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən kompleks quruculuq nümunələri Sumqayıtı gözəl, o cümlədən “ağıllı şəhər” konsepsiyasının tətbiq olunduğu modern, ekoloji baxımdan təmiz, “yaşıl şəhər”ə çevirib, sumqayıtlılara xoş ovqat və yeni standartlar bəxş edib.
Azərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr Tahir Mirkişili çıxış edərək bildirib ki, “Yaşıl dünya naminə həmrəylik” forumunun keçirilməsi ölkənin ekoloji və sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, həmçinin gənclərimizin ekoloji maariflənməsi və cəmiyyətdə ətraf mühitə qarşı məsuliyyət hissini gücləndirmək baxımından mühüm bir addımdır. Azərbaycanda bu istiqamətdə mühüm layihələr həyata keçirildiyini vurğulayan millət vəkili əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur zonası “Yaşıl Enerji Zonası” elan edilib. Yaşıl enerji istehsalı və əldə ediləcək məhsulların dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətində mühüm yer tutur.
T.Mirkişili qeyd edib ki, son illər ərzində Sumqayıtda görülən işlər, xüsusilə Kimya Sənaye Parkının təsis edilməsi və mövcud sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenilənməsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Nigar Arpadarai, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Neft Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov çıxış edərək COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmindən söz açıblar, peşəkar mühitdə karyera qurmaq imkanları, uğura gedən yolda elmin, təhsilin böyük əhəmiyyətindən, “Yaşıl dünya naminə həmrəylik” forumunun gənclərin həyatına müsbət təsirindən bəhs ediblər.
Sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Forumdan sonra qonaqlar “Yaşıl iş yerləri”sərgisi ilə tanış olublar. Sərgidə ölkəmizdə fəaliyyət göstərən müxtəlif sektorlardan 70-dən çox qurum və şirkət təmsil olunub. Şirkət nümayəndələri tərəfindən tələbə və məzunlar Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar, işəgötürmə prosedurları haqqında məlumat alıblar.
Forum sessiyalar üzrə davam edib.





















14-05-2024, 18:43 135

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903