Sumqayıt Dövlət Universitetində vəzifə təyinatı-Foto


Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub. 
Sumqayit.tv
xəbər verir ki, Osman Hacıyev Tədris Metodiki Mərkəzin direktoru, Samir Orucov isə Magistratura, doktorantura və elm şöbəsinin müdiri təyin olunub. 
Qeyd edək ki, son təyinata qədər hər iki şəxs Sumqayıt Dövlət Universitetidə müxtəlif vəzifələrdə çalışıblar.

Hacıyev Osman Yusif oğlu 2004-cü ildə Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisasını bakalavriat səviyyəsi üzrə, 2006-cı ildə “Sosial fəlsəfə” ixtisaslaşmasını magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 
2007-ci ildən Sumqayıt Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan Osman Hacıyev müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 
2016-cı ildə “Orta sinif problemi sosial fəlsəfənin obyekti kimi” mövzusunda dissertasiya işini müdafiə edərək, 2018-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 
Ümumilikdə 57 elmi işin, o cümlədən 20 elmi məqalə, 30 konfrans materialı və tezis, 1 dərs vəsaiti, 1 metodik vəsait, 5 fənn proqramının müəllifidir.
Tədrisin təşkili və təlim texnologiyalarına dair bir çox təlimlərdə iştirak etmişdir. 2017 – ci ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2022-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
 
Orucov Samir Kamal oğlu 1994-cü ildə Bakı Dövlət Universitetini “Fizik, fizika müəllimi” ixtisası üzrə, 1998-ci ildə isə Azərbaycan Sənaye İnstitutunu “İqtisadçı” ixtisası üzrə bitirmişdir.
1997-cı ildən Sumqayıt Dövlət Universitetinin Fizika kafedrasında müxtəlif dövrlərdə laborant, laboratoriya müdiri, assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 
2017-2024-cü illərdə Elmi hissənin müdiri vəzifəsində çalışıb. 
2006-cı ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə dissertasiya müdafiəsini etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir.
2017 – ci ildə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, uzunmüddətli elmi-pedaqoji fəaliyyətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərman ilə təltif olunmuşdur. 
Müxtəlif dərslik və dərs vəsaitlərinin, çoxlu sayda yerli və xarici məqələlərin müəllifidir.

29-05-2024, 13:38 946

Digər xəbərlər

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Dünən, 19:38
Dünən, 16:55
Dünən, 14:05
Dünən, 10:27
Dünən, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1067