Sumqayıt şəhərində 39 yaşlı kişi tanışını öldürdü— TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Azər Dadaşov tanışı, 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovu qətlə yetirib. 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, Azər 17 dekabr 2022-ci ildə tanışı Cavid ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən "An" marketin önündə qarşılaşıb. 
Azər Caviddən ona olan 50 manat borcunu növbəti dəfə geri tələb edib. Cavid ona olan borcunu qaytarmayacağını deyərək anidən yumruqla gözünə, sifətinə vurub, əlində olan kəlpətinlə barmağını əzərək ona xəsarətlər yetirib. 

Daha sonra əlbəyaxa olublar və ayrıldıqdan 10-15 dəqiqə sonra, saat 14 radələrində Cavid münaqişənin səbəbini aydınlaşdırmaqdan ötrü Azərin yaşadığı evə gəlib. Aralarında yaranan mübahisə zamanı

Azər özündə olan bıçaqla Cavidə xəsarətlər yetirib. Cavid aldığı xəsarətlərdən vəfat edib.

Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin Azərin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, avtomobillə evə gələn zaman yolda Cavidlə qarşılaşıblar və Cavid ondan 50 manat pul istəyib: “Mən isə 50 manatın avtomobilin təmir pulu olduğunu bildirdim. Cavid pulu 1 saata qaytaracağını söylədi. Həmin gündən 1 həftə, 10 gün keçməsinə baxmayaraq Cavidi görmədim. Dəfələrlə Caviddən pulumu istəsəm də, Cavid müxtəlif bəhanələr gətirərək pulumu geri qaytarmadı. Cavidin borcumu qaytarmadığını gördüm. Bu barədə Cavidin qardaşı Şahbaza məlumat verdim. Şahbaz mənə "özün bilərsən" dedi. 2-3 gün keçdikdən sonra səhər saatlarında siqaret almaq məqsədi ilə marketə gedən zaman marketin qarşısında Cavidi gördüm. Ona nə üçün pulu qaytarmadığını soruşdum. Cavid isə pulu olmadığını bildirdi. Biraz mübahisə etdikdən sonra Cavid 5 nəfər oğlanla söhbətə gələcəyini bildirdi. Bizim aramızda mübahisə qızışdı. Cavid əlindəki kəlbətinlə mənə xəsarətlər yetirdi. Mən buna mane olan zaman gödəkcəm cırıldı. Gödəkcəmi tikmək üçün evə qayıtdım. Anamdan gödəkcəmin tikməsini istəyəyn zaman anam nə baş verdiyini soruşdu. Mən isə olanları danışdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bərkdən qapının döyüldüyünü eşidiblər: “Qapını açan zaman Cavidin əlində bel söyüş söydüyünü gördüm. Mən mətbəxdəki şkafın üzərindən bıçağı götürərək çölə çıxdım. Çöl qapısından çıxan zaman Cavid mənə vuraraq xəsarət yetirdi. Bu zaman Cavidi qorxutmaq məqsədi ilə bıçağı çıxardım. Cavid əyilən zaman bıçaqla onun ciyər nahiyəsinə zərbə yetirdim. Bıçaqla xəsarət yetirdikdən sonra məhlə uşaqlarından birinə Cavidi xəstəxanaya aparmasını, lazım olsa əgər özümün, ya da atamın gələcəyini bildirdim. Bir müddət keçdikdən sonra atamın  telefonu ilə Cavidə zəng etdim. Amma Cavid cavab vermədi. Daha sonra avtomobilinin təmiri üçün şəhərə getdim. Evə qayıdan zaman Cavidin öldüyünü öyrəndim. Polis idarəsinə gələrək təslim oldum. Mənim Cavidi öldürmək kimi bir niyyətim olmayıb”. 

Azərin ifadəsinə görə, Cavidlə bir məhlədə böyüyüblər, əvvəllər onlar arasında heç bir mübahisə olmayıb: “Cavid 5 nəfərlə gələrək məni döyəcəyini bildirdiyi və hədə-qorxu gəldiyi üçün aramızda mübahisə yarandı. Cavid qapıma tək gəldi. Mən bıçağı mətbəxdən götürdüm. Mən Cavidə bir ədəd bıçaq xəsarəti yetirdim. Bıçaqla xəsarət yetirdikdən sonra Cavid ürəyindən vurduğumu bildirdi. Mən şoka düşərərk qonşu Sabir adlı şəxsdən Cavidi xəstəxanaya aparmasını istədim. Özüm həyətə girdim”. 

Təqsirləndirilən şəxs bildirib ki, mübahisədən əvvəl Cavidlə münasibətləri yaxşı olub, bir-birinə gediş-gəlişləri olub: “Cavid mənim barmağıma kəlbətinlə zədə yetirib. Hadisədən sonra evə gələn zaman ailə üzvlərimin mübahisədən xəbəri olub. Cavid polis əməkdaşları tərəfindən tutulduğunu, ona görə pulu qaytara bilmədiyini, axşam pulu qaytaracağını bildirib. Axşam Cavid pulu qaytarmayan zaman onun qardaşı Şahbaza zəng etmişəm. Gödəkcəmi tikdirmək üçün evə gəldikdən sonra Cavid özü onun arxamca evə gəldi. Anam buna şahid olub. Cavid bel sapı ilə qapıya vura-vura söyüş söyüb. Cavidin əlində bel sapı olduğu üçün mən də onu qorxutmaq məqsədi ilə bıçaq götürmüşəm. Cavid əlimdə bıçaq olduğunu görüb. Mən araq içən olmadığım üçün heç vaxt Cavidlə araq içməmişəm. Cavid narkotik istifadəçisi olub. Cavidin narkotikdən məhkumluğu olub. Cavid mənə xəsarət yetirən zaman narkotikin təsiri altında olub. Mən tutulduğum gündən 5-6 ay əvvələ kimi narkotik vasitə heroin istifadəçisi olmuşam. Narkoloji dispanserdə müalicə almışam”.

İş üzrə zərərçəkmiş şəxs Cavidin hüquqi varisi qismində ifadə verən anasının sözlərinə görə, Cavid əsgərlikdən gəldikdən sonra Azər iki dəfə onların həyətinə girib: “Azər Cavidin atasının avtobusundan pul oğurlayıb. Bir dəfə də hasardan həyətə girmək istəyən zaman Cavid məni gördü və yaxasından tutub kim olduğunu soruşan zaman bıçaqla Cavidə xəsarət yetirdi. Hadisə günü işdə olmuşam. Oğlum Şahbaz zəng edərərk Cavidin xəstəxanada olduğunu söylədi. Cavid öldükdən 3 gün sonra Azəri polis əməkdaşları tutdu. O, təslim olmayıb və Cavidə kömək etməyib”.

Qətlə yetirilən şəxsin anasının sözlərinə görə, Cavid özü Sabirdən kömək istəyib, Sabir onun xəstəxanaya aparıb: “Mən xəstəxanaya çatan zaman artıq Cavid ölmüşdü. Hadisədən sonra Azərin Şahbaza zəng etdiyini öyrəndim. Oğlumun borclu olduğuna inanmamışam. Mübahisədən sonra Cavid həyətə gəlib və uşaqların dediyinə görə yeməyini yarımçıq qoyaraq həyətdən bel götürərək gedib. Cavid narkotik vasitə istifadəçisi olub. Cavid ailəsi ilə ayrılıb, 11 yaşlı bir oğlan uşağı var. Cavid iki dəfə məhkum olunub. Məhkumluğunun biri narkotiklə bağlı olub. Cavid ölən gün Azərin valideynləri bizə gələn zaman hamıdan xahiş etdim ki, Cavidin anasına pis üz göstərməsinlər. Daha sonra qonşu vasitəsi ilə Azərin valideynlərinə məlumat göndərərək bizə gəlməməsini xahiş etdim. Azərin valideynləri yas mərasimi üçün bizə heç bir kömək etməyib. Azərin qohumları barışmağa cəhd etsə də, biz barışmamışıq. Onlardan gələcək heç bir yardımı qəbul etmək istəməmişik”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azər 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını  ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

//Demokrat.az

19-06-2024, 13:16 233

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903