Sumqayıtda qadın kirayə qaldığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Sumqayit.tv məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb.
Şəhər sakini, 1996-cı il təvəllüdlü Quliyeva Nigar İsa qızı yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır. //Report