Andropovun Qazaxıstan əməliyyatı – 500 nəfər həbs olunub, 3 nəfər güllələnib...

  
1973-cü ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində keçirilən müşavirədə Qazaxıstanda keçiriləcək əməliyyat planı sənədləşdirilərkən əməliyyata kimin rəhbərlik edəcəyi müəyyənləşdiriləndə DTK sədri Yuri Andropovun cavabı konkret olub:
- Əməliyyata mən rəhbərlik edəcəm.
Maraqlıdır, SSRİ-nin bir müttəfiq respublikasında keçirələcək əməliyyata ittifaq miqyaslı DTK sədrinin rəhbərlik etməsi hansı zərurətdən doğub?
YURA.jpg (53 KB)
Hər şey kiçik bir oğurluq hadisəsindən başlanıb. Moskvada mənzillərin birindən televizor, maqnitofon, 400 rubl pul və iki xəz kürk oğurlanıb. Mənzil sahibləri Xarici İşlər Nazirliyinin strukturunda işlədiklərindən hadisənin araşdırılmasına milislə yanaşı, DTK əməkdaşları da cəlb edilib. Çox qısa bir müddətdə oğurluq maddəsi ilə bir neçə dəfə məhkum olunan iki şəxs saxlanılıb. Oğurlanan əşyalar sahibinə qaytarılıb.
İstintaqda iştirak edən DTK əməkdaşının isə xəz kürklər diqqətindən yayınmayıb. Belə ki, oğurlanan kürklərin dövlət standart nişanı (QOST), etiketi və istehsal mənbəyi məlum olmayıb. DTK bu məsələni daxili işlər orqanlarından gizli nəzarətə götürüb. DTK-nın əldə etdiyi ilk məlumata görə, xəz kürklər Qazaxıstandan gətirilib və onların sayı çox olub. Yuri Andropov hadisəni birbaşa öz nəzarətinə götürüb və elə dərhal da bir qrup əməkdaşı Qazaxıstana ezam edib.
Xəz geyimlərinin gizli istehsal olunduğu mənbəni müəyyənləşdirmək DTK əməkdaşları üçün çox da asan başa gəlməyib. Ən maraqlı məqam isə odur ki, bu ərəfədə növbəti dəfə Qazaxıstandan Leninqrada qeyri-qanuni istehsal olunan xəz geyimləri göndərilib.
ANDRO.png (234 KB)
Əməliyyat müşavirəsi zamanı Yuri Andropov bu məsələni belə izah edib:
“Xəz geyimlərinin istehsalında, daşınmasında, satılmasında ya DTK, ya da daxili işlər orqanlarının əməkdaşlarının əli var...”
Qazaxıstana növbəti qrup ezam olunub. Yerli DTK əməkdaşlarının köməyi ilə məlum olub ki, xəz geyimlər Karaqanda şəhər Sənaye Kombinatında istehsal olunur. Təbii ki, DTK əməkdaşları bir sutka ərzində kombinatda əməliyyat aparmaqla qeyri-qanuni istehsalın icraçılarını ələ keçirmək imkanında olublar. Amma Andropovun göstərişi ilə onlar tələskənliyə yol verməyiblər. İşin kökündə kimlərin dayandığı, onları kimlərin himayə etməsi DTK şefi üçün maraqlı olub. Andropov bu işdə yerli milisin əlinin olduğuna şübhə etməyib. Bu da ona növbəti dəfə
konfliktdə olduğu SSRİ daxili işlər naziri Nikolay Şelokova zərbə vurmaq üçün böyük şans yaradıb.
Bir neçə ay ərzində DTK-nın əli ilə kombinata bir mühafizəçi, sex rəisinin köməkçisi, kombinatın təchizat şöbəsinə kiçik mühasib işə qəbul olunub. 3-4 ay ərzində heç bir şübhə doğurmayan bu “işçilər” kombinatın fəaliyyəti ilə bağlı DTK-ya mütəmadi olaraq məlumatlar ötürüblər.
XEZİ.jpg (61 KB)
Məlum olub ki, xəz geyimlər gecə növbəsində tikilir, xammal Moskvadan, Ticarət Nazirliyinin Təchizat İdarəsindən gətirilir, kombinata daxil olduqdan sonra sənədlər dəyişdirilir, sexdə tikilən mallar isə hazır məhsul kimi yerli daxili işlər orqanlarının əməkdaşları tərəfindən kombinatdan çıxarılaraq heç bir maneəsiz Moskva və Leninqrad şəhərlərinə göndərilir. O cümlədən həmin şəhərlərdə də milisin köməyi ilə lazımi ünvanlara çatdırılır. Bütün bunlar təbii ki, əvvəlcədən danışılmış pul məbləğinin hesabına edilir.
Bütün bu əməliyyat prosesləri tam məxfi keçirilib. Amma bu məxfilik uzun sürməyib. Qeyri-rəsmi tədbirlərin birində DTK sədrinin birinci müavini Semyon Sviqun daxili işlər naziri Şelokovla xidməti məsələlər haqqında söhbət edərkən Qazaxıstan əməliyyatı haqqında da danışıb. Vəziyyəti anlayan Şelokov səhəri gün Andropovla telefonda məsələni müzakirə edərək birgə əməliyyat keçirməyi təklif edib. Bu təklifə Andropov qəti bir cavab verməyib. Amma özlüyündə qəti qərarını vermiş olub.
Telefon danışığı bitən kimi Andropov dərhal əməliyyatın sonuncu mərhələsi olan həbslərlə bağlı göstəriş verib.
Beləliklə, 1974-cü ilin yanvar ayında “xəz mafiyası”nın əsas başçıları Jaton, Snobkov, Epelbeym, Dunayev və şübhəli şəxs qismində 500 nəfər həbs olunub. Əməliyyat-axtarış zamanı mafiya başçılarının mənzillərindən milyonlarla nəğd pul, yüz kiloqramlarla qızıl və qiymətli daşlar aşkar olunub. Təkcə Snobkovun evindən 5 milyon rubl pul, 4 kiloqramdan artıq qızıl tapılıb.
Qeyd edək ki, Dunayev, Snobkov və Jaton Qazaxıstanın ayrı-ayrı şəhərlərində sənaye kombinatlarının direktorları olublar. Epelbeym isə Karaqanda Ali Milis Məktəbində kafedra rəisi vəzifəsində çalışıb. Onun digər əsas “vəzifə”si isə mafiya üzvləri ilə milis əməkdaşlarını əlaqələndirmək, “iş birliyi” yaratmaq olub.
HEBSİ SON.jpg (54 KB)
Məhkəmənin hökmü ilə Dunayev, Snobkov, Epelbeym ən ağır cəzaya - ölüm hökmünə məhkum ediliblər. Jaton 15 il müddətinə azadlıqdan məhrum edilib. Daha 54 nəfər 3, 5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. O cümlədən 14 nəfər milis işçisi cinayət məsuliyyətinə cəlb olunub. Qazaxıstanın bir sıra şəhər və rayonlarında milis idarələrinin rəisləri və əməkdaşları vəzifələrindən azad olunublar.
Yuri Andropov şəxsən rəhbərlik etdiyi əməliyyat haqqında yazılı şəkildə Leonid Brejnevə ətraflı məlumat təqdim edib.
Məlumatın əsas ana xəttində isə ölkədə daxili işlər orqanlarının yarıtmaz fəaliyyəti qabardılıb.
//Musavat.com

29-06-2024, 09:00 119

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Dünən, 15:22
Dünən, 15:16
Dünən, 15:13
Dünən, 15:04
Dünən, 10:28
Dünən, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963