Marşal və generalların ölüm statistikası – Vermaxtın itkiləri daha çox olub

 



Canlı qüvvə itkisi müharibə statistikasında əsas rəqəmlərdən biri sayılır. Bu statistika iki hissəyə ayrılır: mülki vətəndaşlar və hərbçilər. 1960-cı ildə Moskvada bir qrup hərbi araşdırmaçı sovet-alman müharibəsi zamanı döyüşlərdə həlak olan, itkin düşən, intihar edən, xəstəlikdən vəfat edən ali rütbəli sovet hərbçiləri ilə bağlı bir neçə il davam edən araşdırma aparıb. Araşdırma 22 iyun 1941-ci il – 9 may 1945-ci il arasını əhatə edib.
Araşdırma zamanı müharibə illərində həyatını itirən 458 nəfər ali rütbəli zabitin adı məlum olub. Onlardan 1 nəfəri Sovet İttifaqı marşalı, 4 nəfəri ordu generalı, 6 nəfəri general-polkovnik, 66 nəfəri general-leytenant, 2 nəfəri vitse-admiral, 372 nəfəri general-mayor, 7 nəfəri kontr-admiraldır.
Müharibə illərində həlak olan ali rütbəli zabitlərdən biri də general-mayor Həzi Aslanov olub. 35 yaşlı azərbaycanlı general müharibənin bitməsinə bir neçə ay qalmış, 24 yanvar 1945-ci ildə həlak olub.

157492-main.jpg (100 KB)

458 ali rütbəli hərbçidən 296-nəfəri hərbi əməliyyatlar həyata keçirərkən həlak olub: 182 nəfəri birbaşa döyüş zamanı, 62 nəfəri döyüş zamanı aldıqları yaradan ölüb, 15 nəfəri döyüşlərdən sonra itkin düşüb, 23 nəfəri hərbi əməliyyatlar zamanı əsirlikdə öldürülüb, 4 nəfəri əsir düşməmək üçün özünü güllələyib, 9 nəfəri minaya düşüb, 1 nəfər isə diversiya nəticəsində həlak olub.
1941-1945-ci illər ərzində 53 nəfər ali rütbəli hərbçi Stalin repressiyasının qurbanına çevrilib. Onlardan 46 nəfəri sonralar ölümlərindən sonra bəraət alıb, rütbələri və dövlət təltifləri geri qaytarılıb.
Müharibə ərəfəsində 6 nəfər general intihar edib.
Beş il ərzində 19 ali rütbəli zabit avtomobil və təyyarə qəzasında həlak olub. 2 nəfər isə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Müharibənin yaratdığı ağır şərait ali rütbəli zabitlərin səhhətində də problemlər yaradıb. Belə ki, müharibə illərində 82 nəfər ali rütbəli zabit müxtəlif xəstəliklərdən vəfat ediblər.

BktQdxxN5qtB6flS9cFNAB0PoDhfgTyOxjmOcq6A36d54qk-2Gq-Udl0Vcq3z6Sgzcsz4Aap4VdByMY9lWAl6BdKXRo0MLeWEaCd5-zoOXgQdsVlJ9B488sp8y6-xL6aIIJBK9grjxCINeHar9_YHGVHSjzrcTnnxWU-NKghQMEeX-HjIdHmX2lh-d70XdH0pedECGeZhZq.png (199 KB)

Boris Şapoşnikov müharibə illərində vəfat edən yeganə marşal olub. O, qələbəyə 44 gün qalmış, 26 mart 1945-ci ildə, 62 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, Çar Rusiyasının zabiti olmuş marşal Şapoşnikov 1937-1940-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində xidmət edib.
Sovet ordusu ilk general itkisini müharibənin ikinci günü, 23 iyun 1941-ci ildə verib. Alman hərbi aviasiyasının hücumu zamanı Cənub cəbhəsi komandanının köməkçisi general-mayor Mixaylin komanda məntəqəsinə düşən bomba nəticəsində həlak olub.
1941-ci ilin iyun ayının sonuna qədər, 8 gün ərzində daha 5 nəfər general-mayor, Puqanov, Safanov, Kondrusyev, Xitskilyeviç, Borisov müharibənin ilk general qurbanları olublar.
Müharibənin birinci ilində 33-cü ordunun komandanı general-leytenant Yefremov, 57-ci ordunun qərargah rəisi general-mayor Anisov və daha iki general-mayor Verzin və İvanov düşmən mühasirəsinə düşəndə əsir götürlməmək üçün özlərini güllələyiblər.
1941-1945-ci illərdə 70 sovet generalı almanlara əsir düşüb. Onlardan yalnız 3 nəfəri almanlarla əməkdaşlıq etməyə razılıq verib. Digər generallar əsirlik müddətində zabit şərəfini sona qədər qoruyub. 70 generaldan 23 nəfəri əsirlikdə olarkən işgəncələrdən və xəstəliklərdən ölüb.
Müharibə illərində yanlışlıq ucbatından həyatlarını itirən generallar da olub. 9 noyabr 1943-cü ildə 44-cü ordunun komandanı general-leytenent Xomenko və həmin ordunun artilleriya rəisi general-mayor Bobkov istiqaməti sahv salaraq düşmən mövqelərinin üstünə çıxıblar və yerindəcə güllələniblər.

114040-a48a82358b36bc5b259ac51fe35557a9.jpg (122 KB)

Statistikanın ümumi göstəricilərinə görə, həlak olan ali rütbəli zabitlərdən 89 faizi komandir heyətində, təxminən 2 faizi hərbi siyasi idarələrdə, 2.8 faizi texniki heyətdə, 4.6 faizi inzibati heyətdə, 1 faizi tibbi xidmətdə, 0.65 faizi hərbi hüquq sahəsində xidmət edənlər olub.
1941-1945-ci illərdə həlak olan ali rütbəli zabitlər həmin illərdə xidmət edən ali rütbəli bütün zabitlərin 10 faizini təşkil edib.
Anoloji olaraq 1960-cı illərdə Almaniyada da müvafiq dövr üzrə ali rütbəli zabitlərin ölüm statistikası yenidən araşdırılıb. Araşdırmaya görə müharibə illərində Vermaxtın 963 ali rütbəli zabiti həyatını itirib. Onlardan 289 nəfəri döyüşlərdə həlak olub. Bədbəxt hadisələr 52 nəfər alman generalının həyatına son qoyub. Xüsusilə, 1944-cü ildə və 1945-ci ilin əvvəllərinədə Vermaxtda intihar faktları artıb. Məhz bu ərəfədə 110 nəfər alman generalı intihar edib. Cəza qaydasında alman generallarından 22 nəfərini Almaniya özü, 58 nəfərini isə müttəfiqləri öldürüblər. Ali rütbəli almanlardan 188 nəfəri əsirlikdə olduqları zaman öldürülüb, 196 nəfər general müharibənin tərətdiyi fəsadlardan, yaralanma, xəstəlik və digər səbəblərdən həyatlarını itiriblər. 48 nəfər alman generalı isə itkin düşüb. Müqayisədə ölən nasist generallarının sayı sovet generallarından təxminən 2 dəfə çox olub.
Göründüyü kimi müharibələr qurbansız ötüşmür və amansız müharibə döyüş meydanında rütbələrə də fərq qoymur.

Musavat.com

1-08-2024, 14:00 159

Digər xəbərlər

Sumqayıtın keçmiş icra başçısı ilə bağlı tender iddiaları

Sumqayıt və Abşeronda torpaq bahalaşır: qiymətlər 40 min manata qədər yüksəldi

Sumqayıt məktəblilərindən böyük nəticə: 1855 şagird yüksək bal aldı

Maliyyə Nazirliyinin kollegiya tərkibində dəyişiklik edilib

Abşeronda körpə boğularaq həyatını itirdi

Putin-Tramp danışığı: Rusiya Ukrayna ilə bağlı geri çəkilməyəcəyini açıqladı

Sumqayıtda mayda temperatur 32°C-yə çatacaq

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı - Foto

Bəzi kişilərin nişan üzüyü taxmamağının səbəbi bu İMİŞ

Sumqayıtlı tələbənin də həyatını itirdiyi ADNA terrorundan 17 il keçir - FOTOLAR

“Vətən uğrunda” medalı Sumqayıtlı şəhidin anasına təqdim olundu

Bakı-Sumqayıt avtobuslarında yeni ödəniş sistemi: Xarici bank kartları da keçərli oldu

Sumqayıtda Corat Bağları ərazisində yollar bərbad vəziyyətdədir - VİDEO

Ceyhun Bayramov Koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi

TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ... ÖZƏL

Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ

Sumqayıt ŞPİ tərəfindən axtarılan şəxs Almaniyada saxlanılıb

Sumqayıtda silah-sursat aşkarlanıb

Prezidentin medal verdiyi iş adamlarından biri Sumqayıtda zavod qurub

Sumqayıt məktəblərini yenilik gözləyir: Kağız jurnal ləğv olunur

1 2 3 4 5 6 7 8 9 10 ... 1046
Bu gün, 14:15
Bu gün, 13:28
Bu gün, 13:22
Bu gün, 13:10
Bu gün, 13:06
Bu gün, 12:59
Bu gün, 12:49
Bu gün, 10:34
Bu gün, 10:30
Bu gün, 08:57
Dünən, 22:52
Dünən, 22:42
Dünən, 20:01
Dünən, 15:13
Dünən, 15:10
Dünən, 13:31
Dünən, 10:31
Dünən, 10:26
Dünən, 10:20
28-04-2026, 22:32
28-04-2026, 17:05
28-04-2026, 16:36
28-04-2026, 13:09
28-04-2026, 12:40
28-04-2026, 12:11
28-04-2026, 12:06
28-04-2026, 11:02
28-04-2026, 09:58
28-04-2026, 08:54
27-04-2026, 22:27
27-04-2026, 20:52
27-04-2026, 17:04
27-04-2026, 15:54
27-04-2026, 15:48
27-04-2026, 15:38
27-04-2026, 15:24
27-04-2026, 15:12
27-04-2026, 15:08
27-04-2026, 09:53
27-04-2026, 09:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1046