Dəfələrlə hakimiyyətə gəldi, Seks məclisləri ilə qalmaqal yaratdı, “Milan”ı aldı, ən güclülər siyahısına düşdü


29 sentyabr italiyalı tanınmış siyasətçi və media maqnatı Silvio Berluskoninin doğum günüdür.
Ölkə.Az sabiq baş nazir haqqında maraqlı faktları bir araya toplayıb.
Silvio Berluskoni 1936-cı ildə İtaliyanın Milan şəhərində doğulub. 
İlk evliliyi 20, ikinci evliliyi 22 il davam edib. 5 övladı var.
İxtisasca hüquqşünas olan Berluskoni 1970-ci illərə qədər daşınmaz əmlak sahəsində çalışıb və xeyli sərvət toplayıb.  
Televiziya kanalları olan Berluskoninin univermaqları, kinoteatrları, nəşriyyat şirkətləri də var idi.
1986-cı ildə isə “AC Milan” futbol klubunu alıb və 31 il sahibi olub.
O, 150-dən çox müəssisəyə nəzarət etmək üçün öz imperiyasını “Fininvest holdinq” şirkətinin çətiri altında birləşdirib.
1994-cü ildə Berluskoni mühafizəkar siyasi “Forza Italia” partiyasını qurub və 3 dəfə baş nazir seçilib.
Qalmaqallı Berluskoni vəzifəyə gəldikdən qısa müddət sonra onun biznes imperiyasına qarşı korrupsiya araşdırılması başlanıb. O, saxtakarlıq və korrupsiyada mühakimə olunsa da, sonradan barəsindəki hökmlər ləğv edilib.
2000-ci illərin əvvəllərində Berluskoni fin yeməklərinin iyrənc olduğunu söyləmişdi. Finlər isə maral ətindən pizza hazırlayaraq onu Berluskoni adını verir, yemək Nyu-Yorkda müsabiqədə qalib gəlir. 
Bundan əlavə, 2010-cu ildə 17 yaşlı mərakeşli Karima əl Mahruqun həbs olunması ilə Berluskoninin Milan yaxınlığındakı villasında seks məclisləri keçirməsi üzə çıxmışdı.
O, polisə zəng vuraraq qızın azadlığa çıxarılması üçün Misirin ovaxtkı prezidenti Hüsnü Mübarəkin qohumu olduğunu demişdi. Siyasətçi guya bu həbsin diplomatik insidentə səbəb olacağını söyləmişdi. Əslində isə qızcığaz rəqqasə və seks işçisi idi.
Berluskoniyə bu olaya görə, bir müddət dövlət vəzifəsində işləməyə qadağa qoyulub. 
2012-ci ildə sonra vergi fırıldaqçılığında təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib. O, bir il sonra siyasi rəqibi ilə bağlı polisin telefon dinləmələrinin məzmununu qeyri-qanuni yolla əldə etdiyinə görə bir il həbs cəzasına məhkum edilib.
Həbsxanaların həddindən artıq sıxlığını azaltmaq üçün qəbul edilmiş qanun nəticəsində onun cəzası 1 ilə endirilib.
Bu hökm Berluskoninin 10-dan çox mühakimə cəhdində ilk faktiki məhkumluğu olsa da, onun 77 yaşında olması həbsdə qalmasını çətinləşdirirdi. Keçmiş baş nazirə 5 il siyasi qadağa da qoyulmuşdu.
Berluskoni 81 yaşında olarkən siyasi vəzifə tutma qadağasını ləğv etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. 2018-ci ildə qadağa ləğv edilib.
Sağlamlıq problemlərindən əziyyət çəksə də, Berluskoni qarın nahiyəsindən əməliyyatdan sonra xəstəxananı tərk edərək Avropa Parlamentində deputatlığa namizədliyini irəli sürüb və 2019-cu ildə seçkilərdə qalib gəlib.
 “Monza” adlı başqa klubu olan sabiq baş nazir 2022-ci ildə Milad şənliyində futbolçulara verdiyi vədlə gündəmə gəlmişdi.
O, “Ən yaxşı komandalardan birini məğlub etsəniz, soyunma otağınıza gəlmək üçün fahişələrlə dolu biavtobus alacam" desə də, tənqidlərdən sonra bunu “zarafat” adlandırıb.
Berluskoni səhhətindəki problemlərə görə 86 yaşında dünyasını dəyişib.
Rusiya prezidenti Vladimir Putin onu əsl dostu, Berluskoni isə Rusiya prezidentini beş həqiqi dostundan biri kimi təsvir edirdi.
2023-cü ildə xalis sərvəti 6,8 milyard dollar olub, “Forbes”in 2009-cu ildə tərtib etdiyi “Dünyanın Ən Güclü İnsanları” siyahısında 12-ci yeri tutub.
Berluskoni Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün müraciətinə ən güclü dəstək verənlərdən biri idi. Buna görə Baş nazir Rəcəb Tayyib Ərdoğanı 2009-cu ildə G8 sammitinə dəvət edib. 
Berluskoni hökuməti Əfqanıstandakı müharibəyə və İraq müharibəsinə verdiyi dəstəyə görə ABŞ-nin möhkəm müttəfiqinə çevrilib.
O, 2023-cü ildə Çini Avropa və Qərb dünyası üçün böyük təhlükə adlandırmışdı.

5-10-2024, 16:26 330

Digər xəbərlər

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 01:40
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1063