SDU-da Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib


Oktyabrın 19-da Sumqayıt Dövlət Universitetində universiteti müxtəlif illərdə bitirmiş 300-dən artıq məzunun iştirakı ilə SDU-nun Məzunlar Assosiasiyasının təsis yığıncağı baş tutub.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə xəbər verilib. Bildirilib ki, tədbir açılışında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edildi və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək, Məzun Assosiasiyasının təsis olunması barədə məzunların təşəbbüsünü təqdir edərək bu münasibətilə məzunları təbrik edib. O, universitetdə həyata keçirilən layihələr, məzmun və keyfiyyət göstəriciləri baxımından həyata keçirilən işlər, həmçinin qarşıda duran hədəflər barədə məlumat verib. 
Daha sonra isə Məzun Assosiasiyasının yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, məzunların bir araya gələrək şəbəkələşməsi, peşəkar bağlantılarının qurulması, sektor məlumatlarının və təcrübələrinin paylaşılması baxımından Məzunlar Assosiasiyası dəstək rolunu oynaya bilər. Rektor çıxışının sonunda onu da vurğulayıb ki, SDU-nun məzunları Azərbaycanın ictimai-siyasi həyatında öz töhfələrini verirlər.
Sonra çıxış üçün söz SDU-nun fəxri məzunu, prezident təltifçisi, kiçik dövlət müşaviri, Xızı rayonu üzrə Maliyyə idarəsinin rəisi və Milli Məclisin eksperti İndira Şəmsivari və Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, Dövlət qulluğunun kiçik müşaviri Xalid Əsədova verilib. Məzunlar çıxışlarında doğma universitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini qeyd edərək Assosiasiyanın fəaliyyətinə töhfə verməyə hazır olduqlarını bildiriblər.
Tədbirdə Məzun Assosiasiyasının yaradılması, məqsədləri və fəaliyyəti barədə Karyera və Məzunlarla İş mərkəzinin direktoru Nəsibə Əmirbəyova təqdimatla çıxış edib. O, məzunlarla bağlı Mərkəzin 1 il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
 Çıxışlardan sonra Sumqayıt Dövlət Universitetinin tanıtım videoçarxı nümayiş olunub. Assosiasiyanın İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçilməsi, Məzunlar Assosiasiyasının Əsasnaməsinin təsdiqlənməsinin açıqlanması, Məzunlar Assosiasiyasının universitet rəhbərliyinə müraciəti barədə Karyera və Məzunlarla İş mərkəzinin mütəxəssisi Ülkər Vəlizadə məlumat verib. 
Daha sonra Məzunlar Assosiasiyasının İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin gizli səsvermə yolu ilə seçilməsinə başlanılıb. Tədbir bədii hissə ilə davam edib. Məzunlar Assosiasiyasının İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçilməsi üçün keçirilən səsvermənin nəticələri barədə Hesablama Komissiyasının sədri Muxtar Səmədov çıxış edərək nəticələri elan edib. O, üzvlüyə seçilmiş məzunları təbrik edərək fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirin sonunda məzunlar çay fasiləsində bir araya gələrək müzakirələr aparıblar.

21-10-2024, 11:31 107

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101