ÇXR-in Heksi Universiteti ilə SDU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub


Çin Xalq Respublikasının Heksi Universitetinin nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinə (SDU) işgüzar səfər edib.
Sumqayit.tv
-in məlumatına görə, Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqları giriş sözü ilə salamlayan SDU-nun rektoru Rüfət Əzizov ölkənin böyük sənaye şəhəri olan Sumqayıtın müxtəlif dövrlərdəki inkişafından və şəhərin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin fəaliyyəti, missiyası, strategiyası, strateji istiqamətləri və hədəfləri barədə məlumat verib. Son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını və bunun nəticəsi olaraq SDU-da  təhsilin məzmununun yenilənməsi üzrə mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. SDU-nun strateji hədəflərindən birinin beynəlmilləşmə olduğunu nəzərə çatdıran Rüfət Əzizov bu istiqamətdə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, SDU beynəlxalq əlaqələrini gündən-günə genişləndirərək müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Bundan sonra Sumqayıt Dövlət Universitetinin geniş tədris imkanları və zəngin maddi-texniki bazasını nümayiş etdirən videoçarx nümayiş olunub. Heksi Universitetinin vitse-prezidenti professor Gao Rong çıxış edərək səmimi qəbula görə universitet rəhbərliyinə minnətdalığını bildirib. Azərbaycanla Çin arasında olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrindən söz açaraq Sumqayıt Dövlət Universiteti ilə Heksi Universiteti arasında qarşılıqlı mübadilələrin həyata keçirilməsi imkanlarından məmnunluğunu ifadə edib. O, Heksi universitetinin tarixi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verərək dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs edib. Ardınca Heksi Universitetinin tarixi, beynəlxalq əlaqələri, elmi-tədqiqat fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Görüşdə qarşılıqlı maraq doğuran, faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb. Tələbə-müəllim mübadiləsi, birgə elmi-tədqiqat məsələləri müzakirə olunub. Daha sonra qonaqların universitetin kampusu ilə tanış olmaq imkanı olub.

29-10-2024, 13:23 152

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101