Zakir Fərəcov Sumqayıtda yeni körpünün tikinti prosesini yoxlayıb-FOTO

 
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində inşa edilən yeni körpü tikinti prosesinin son mərhələsinə çatıb.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən tikinti işləri sürətlə davam etdirilir və körpünün yaxın vaxtlarda tam istifadəyə verilməsi planlaşdırılır.

Üç aşırımdan ibarət olan yeni körpü 104 metr uzunluğa və 21,6 metr ümumi enə malikdir. Dörd hərəkət zolağı ilə inşa edilən bu qurğunun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər nəzərdə tutulub. İşlərin vaxtında tamamlanması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Sumqayıt-Saray yolunda yerləşən və 1970-ci illərdə inşa edilən əvvəlki körpü istismar üçün yararsız hala düşdüyündən sökülüb, yerində müasir standartlara uyğun yeni körpü tikilir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tikinti ərazisinə baxış keçirərək görülən işlərlə tanış olub. Məlumata görə, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq. Piyadaların və nəqliyyat vasitələrinin hərəkət rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bu çərçivədə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihənin hazırlanması və yaxın günlərdə icrasına başlanması qərara alınıb.

 

 

 

10-03-2025, 18:53 283

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101