Sumqayıtda gəncin binadan yıxılmasıyla bağlı ŞOK İDDİA: "Şantaj elementləri var"

 

"Yazırlar ki, ehtiyatsızlıqdan yıxılıb, amma heç kim uşaq deyil. Gecənin bir aləmi kimsə dama çıxıb ehtiyatsızlıqdan yıxılmır".

Sumqayit.tv xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında ötən gecə intihar edən Qadir Məmmədovun qohumu deyib.

 

O bildirib ki, Qadir ehtiyatsızlıqdan yıxılmayıb, intihar edib:

 

"İntihar səbəbi hələ ki, dəqiq məlum deyil. Ehtiyatsızlıqdan yıxılmayıb, səhər sübh çağı damda adamın nə işi var? Bu ehtiyatsızlıq ola bilməz. Onun yanında adamlar olub, onlardan da izahat alınıb. Hərə bir söz yazır, deyir. Bizim bildiyimiz qədər, ortada şantaj xarakterli bir şey var. Amma tam olaraq nə olduğu barədə məlumatsızıq. Əşyaları, telefonu hər biri istintaqdadır, araşdırma aparıldıqdan sonra ailəsinə məlumat veriləcək.

 

Doqquzuncu mikrorayondakı binaya gəlməzdən öncə 14 mərtəbəli başqa bir binaya gedib. Orada dama çıxan blokun qapısının kodunu öyrənə bilməyib deyə, bura gəlib. Bu blokun qapı kodunu tapıb, dama çıxıb. Özünü atmazdan qabaq da anası ilə danışıb, halallaşıb".

 

Qohumu qeyd edib ki, intihar anında onun dostu yanında olub:

 

"Dostu yanında olub. Onun izahatını alıb, buraxılanda danışdıq. Hadisə ilə bağlı ondan maraqlandıq. O deyir ki, Qadir dama çıxmaq istəyəndə tutub saxlayırmış, dama çıxmağa qoymayıb. Bir anda əlindən qaçıb, dama çıxıb. Dostuna zəng gəlib, elə o telefonu açmaq üçün bir addım qırağa atanda özünü damdan atıb. Binanın həyətində maşın var idi, onun üstünə düşüb, oradan da yerə".

 

O bildirib ki, Qadir çox mehriban uşaq olub:

 

"Özü idmançı idi, oxumaqla arası olmayıb. Ancaq idmana gedib, oradan da evinə-eşiyinə gələn biri olub. Yaşına görə çox böyük, özünə hörmət qazanmış, ətrafı geniş uşaq idi. Yaşı az olsa da, ətrafında gözəl insanlar ilə əhatə olunmuşdu. Xaraktercə qaynayıb-qarışan, öz işində olan biri idi".

 

***

11:10

 

Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub.

 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, martın 9-da gecə saat 2 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.

 

İntiharın səbəbi məlum deyil.

 

Araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır


11-03-2025, 11:24 280

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101