Sumqayıtda qəzalı vəziyyətdə olan binanın sakinləri aidiyyəti qurumlardan kömək istəyir-FOTO

 
Sumqayıt şəhərinin 18-ci mikrorayonunda yerləşən bina sakinləri təhlükəli vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət ediblər.
Sakinlərin sözlərinə görə, son zəlzələdən sonra binalarında ciddi çatlar və struktur problemləri yaranıb, lakin indiyə qədər heç bir qurum məsələ ilə maraqlanmayıb.

Şikayətçilər Sumqayit.tv-yə bildirirlər ki, məsələ ilə bağlı "Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti qurumlara məlumat verilsə də, bu günə qədər heç bir tədbir görülməyib. Heç bir rəsmi qurum hər an qarşılaşa biləcəyimiz qəzanın fərqində deyillər. Bələdiyyə hər ay ödəniş toplayır, amma problemlərimizə biganə yanaşılır. Binalarımızın vəziyyəti günbəgün pisləşir və təhlükə artır,” deyə – sakinlər bildirirlər.
İcra Hakimiyyəti binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyən mütəxəssis rəyinin olduğunu və bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilməsini tövsiyə edib. Lakin FHN-dən verilən cavaba görə, bu məsələ onların səlahiyyətində deyil. Digər tərəfdən, Bələdiyyə problemin həllinin Mənzil Kommunal İstehsalat İstismar Birliyinin səlahiyyətində olduğunu bildirib.

Sakinlər isə bu vəziyyətdə çıxılmaz durumda qaldıqlarını və problemin həlli üçün aidiyyəti qurumların heç birinin məsuliyyət götürmədiyini deyirlər. “Bilmirik kimə müraciət edək, hər qurum məsuliyyəti bir-birinin üzərinə atır,” deyə – şikayətçilər bildirirlər.

Qarabağ veteranı Abdulla Hafiz oğlu Bəşırov və digər sakinlər media nümayəndələrini hadisə yerinə baxış keçirməyə və məsələni ictimailəşdirməyə çağırırlar. Onlar məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.

Qeyd edək ki, 18-ci mikrorayondakı ev 4-də yerləşən mənzillərin (23, 24, 25, 26, 27, 28) sakinləri bu problemlə üzləşib və artıq bir müddətdir ki, cavab gözləyirlər. 

Adı çəkilən qurumların açıqlamasını dərc etməyə hazırıq.

 

 

 

 

 

 

 

 

 

 

17-03-2025, 20:22 180

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101