Sumqayıtda və digər rayonlarda yeniyetmələr arasında cinayət halları artıb

 
Yeniyetməlik dövrü insan həyatında ən həssas və kritik mərhələlərdən biri sayılır. Bu yaş dövründə şəxsiyyət formalaşır və sosial məsuliyyətlər dərk edilir. Lakin ailə nəzarətinin zəifliyi və düzgün tərbiyə prinsiplərinin tətbiq olunmaması bəzi yeniyetmələrin yanlış yollara yönəlməsinə və hətta cinayətlər törətməsinə səbəb ola bilər.

Sumqayit.tv xəbər verir ki, "Referans"ın apardığı araşdırmaya əsasən, ölkədə 14-17 yaş arası yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı 364-dür. Onlardan 46-sı ağır və xüsusilə ağır cinayətlərdir. Ən çox rast gəlinən cinayət isə oğurluqdur – 164 hal. Qəsdən sağlamlığa zərər vurma halları 15, adam öldürmə və adam öldürməyə cəhd isə 8 dəfə qeydə alınıb. Bu göstərici son 5 ildə maksimum səviyyəyə çatıb.

2019-2023-cü illərdə bu yaş qrupunda törədilən cinayətlərin sayında dalğalanmalar olub: 2019-cu ildə 323, 2021-ci ildə 251, 2022-ci ildə isə 311 hadisə qeydə alınıb. Cinayət törədən yeniyetmələrin əksəriyyəti oğlanlardır – 479 nəfər, cəmi 15-i isə qızdır.

Yeniyetmələrin cinayət törətdiyi bölgələr arasında Sumqayıt şəhəri də ön sıralardadır. Paytaxt Bakıda 89, Sumqayıtda isə bu yaş aralığında törədilən cinayətlərin sayı yüksəkdir. Abşeronda 19, Tovuzda 18, Qaxda 12, Ağdaşda 10 cinayət hadisəsi baş verib. Şirvan, Biləsuvar, Xaçmaz, İsmayıllı və Mingəçevirdə də bu hallar müşahidə edilib.

14-17 yaşlı uşaqlar arasında cinayətlərin 202-si işləməyən və oxumayan yeniyetmələr tərəfindən törədilib. Həmçinin 279 yeniyetmənin hər iki valideyni sağdır, 29 nəfərin bir valideyni var, 2 nəfər isə internat məktəbində böyüyüb. Cinayət törədən yeniyetmələrin 6-sı cinayət zamanı sərxoş vəziyyətdə olub.

Qarabağ bölgəsinin azad edilən rayonlarında isə cəmi 4 cinayət hadisəsi qeydə alınıb – Füzulidə 2 nəfər, Xocalı və Cəbrayılda 1 nəfər. Naxçıvanda isə bu yaş qrupunda 10 cinayət hadisəsi baş verib.

Yeniyetmələr arasında cinayətkarlığın artımı cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Bu məsələ ailə, təhsil və sosial qurumların üzərinə daha böyük məsuliyyət qoyur, çünki bu halların azaldılması cəmiyyətin təhlükəsizliyi üçün vacibdir.


25-03-2025, 18:20 176

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101