Sumqayıtda sakinlərin “CAN BAZARI”: FACİƏ QAÇILMAZDIR

 
Sumqayıt şəhəri 10-cu mikrorayon, bina 15 ünvanında “Abşeron City” yaşayış kompleksinin həyətində yüngül konstruksiya ilə meyvə bazar inşa olunur.
Bu “BAZAR” kompleksin həyətində, iki binanın tən ortasında tikilir. Meyvə bazarının damı isə binanın 1-ci mərtəbəsində eyvanlara bitişik yer alıb. Ərazinin bu vəziyyətdə zəbt edilməsi gələcəkdə baş verə biləcək hadisələr üçün təhlükəli zəmin yaradır.

Bu yaxınlarda FHN məhəllələrdə avtomobillərin düzgün park edilməsi üçün xəbərdarlıq etmişdi. Bu hal isə parklanmadan betər problem yaradacaq vəziyyətdir. Yanğın baş verən zaman iki istiqamətdə həyətin qapalı olması, tikilən obyektin binanın bloklarının qarşısını kəsməsi, eyvanların önünü bağlaması daha acınacaqlı hadisələrin yaşanması ilə nəticələnə bilər.

Bu obyektin tikintisinə kim icazə verib?

Sakinlər bildirirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri sakinləri ilk dəfə əmin ediblər ki, narahatlığa əsas yoxdur razılıq olmasa bu tikili inşa olunmayacaq. Amma sonradan onların fikirlərinə məhəl qoyan olmayıb. Hazırda tikinti sürətlə davam edir.

Kimdir axı sakin? Əsas gücdür. Bəs kimdir o güc? Sakinləri dövlətdən narazı salan güc? Kimdir o şəxs ki, gələcəkdə dövlət sturukturları üçün əlavə yaranacaq problemin bünövrəsini qoyur?

Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri ərazidə qanunsuz tikililəri sökdüklərini nümayiş etdirərərək ərazidə abadlıq işləri gördüklərini deyirdilər. Maraqlıdır bəs bu tikintiyə necə göz yumublar?

Sadə vətəndaş belə real vəziyyətə baxanda görür ki, ərazidə aparılan tikinti ciddi təhlükə mənbəyidir. İcra hakimiyyətini göz yummağa vadar edən hansı gücdür?

İstənilən fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına mane olacaq tikintiyə icazə vermək əhalinin həyatını heçə saymaq deyilmi? Bu tikili ərazidə olan su çənini belə yararsız hala salıb.


Sakinlərin şikayətini və ərazidən çəkilən video kadrları sizə təqdim edirik.

Hörmətli Nazirlik nümayəndələri,

Biz Sumqayıt şəhər, 10-cu mkr., bina 15 (Abşeron city) ünvanında yaşayan sakinlər olaraq, sizə müraciət etmək məcburiyyətindəyik. Yaşadığımız binanın yanında, mənzillərimizin pəncərələri altında yerləşən böyük su çəninin olduğu ərazi bağlanmış və həmin çənin üzərində meyvə bazarı kimi istifadə edilən obyekt tikilmişdir. Bu tikinti bina sahibi tərəfindən aparılmış və onun şəxsi mülkü olduğu bildirilsə də, bu vəziyyət bir neçə ciddi təhlükəsizlik problemlərinə səbəb olur.

Yanğın və digər fövqəladə hallarda təhlükəsizlik:
Binamızda hər hansı bir yanğın və ya fövqəladə hadisə baş verərsə, yanğınsöndürən maşınlar və təcili yardım bu əraziyə daxil ola bilməyəcək. Çünki su çəni üzərində və ətrafında qurulan obyekt həmin yolu bağlayır. Bu, həm bina sakinlərinin, həm də ümumi ictimai təhlükəsizliyin ciddi şəkildə pozulması deməkdir.
Su çəninin funksiyasının pozulması:
Su çənləri fövqəladə hallar üçün strateji əhəmiyyət daşıyır və onların üzərinin açıq qalması vacibdir. Çənin üzərində obyekt tikilməsi və bazar kimi istifadə olunması onun məqsədinə uyğun istifadəsinə maneə yaradır ki, bu da gələcəkdə su təchizatı ilə bağlı problemlərə səbəb ola bilər.
Tikintinin qanunsuz olması ehtimalı:
Binanın sahibi lazımi icazələr aldığını bildirsə də, bu tikintinin şəhərsalma və fövqəladə hallar qanunvericiliyinə uyğun olub-olmadığını yoxlamağınızı xahiş edirik. Çünki bu tikinti, mövcud təhlükəsizlik normalarına və ictimai asayiş qaydalarına zidd görünür.

Yuxarıda sadalanan səbəblərə görə, xahiş edirik ki:

Məsələnin yerində araşdırılması və su çəninin üzərində aparılan tikintinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığının yoxlanılması;
Əgər tikinti qanunsuz və təhlükəli hesab edilərsə, onun sökülməsi və keçidin bərpası üçün müvafiq tədbirlərin görülməsi;
Sakinlərin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımların atılması.

Ümid edirik ki, məsələ diqqətinizdən kənarda qalmayacaq və tezliklə lazımi tədbirlər görüləcəkdir.

Sakinlərin də harayına səs verən tapılacaq. Görünən budur ki, Sumqayıtda qeyd olunan ünvanda “Bazar” tikilir. Sakinlərin canı bahasına əsl bazar açılıb. Yeni bazar fəaliyyətə başlayana qədər…//ajans.az

 

 

 

26-03-2025, 09:19 154

Digər xəbərlər

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1066