HALAL ELƏ ÇÔRƏYİNİ...


Valideyn olmaq yalnız övlad dünyaya gətirmək deyil. Əsil valideyn, bir insanı tərbiyə edərək böyüdən, ona həyatın doğru yolunu göstərən şəxsdir. Mənim yeniyetmə çağlarımda qayğıma qalan, məni öz övladı kimi böyüdən və tərbiyə edən əmim Aftandil Camal oğlu İsmayılov, bu mənada mənim üçün təkcə doğma əmim deyil, həm də əvəzsiz bir müəllim, həyat yolumu işıqlandıran bir mayak olub.


Həyat Yolu və Peşə Fəaliyyəti


Aftandil İsmayılov 1 aprel 1938-ci ildə İrəvanın Karvansaray (Haqqıxlı) kəndində dünyaya göz açıb. Lakin onun həyat yolu Sumqayıtla sıx bağlı olub. Cəmi 26 yaşında gənc ikən Boru Yayma Zavodunda direktor müavini kimi çalışıb, daha sonra Azərbaycan Əlvan Metallurgiya Komitəsində kadrlar və əmək üzrə sədr müavini kimi fəaliyyət göstərib. Onun idarəçilik bacarığı, insanlara qayğısı və prinsipiallığı hər zaman təqdir edilib.


Bir Ailənin Sütunu


Aftandil əmim bir qardaş və əmi deyildi, o, bütün ailənin dayağı idi. Biz – qardaş və bacı uşaqları onun evində böyümüş, onun qayğısını görmüşük. O, təkcə maddi deyil, mənəvi olaraq da hər zaman ailəsinin, doğmalarının yanında olub. Böyük qardaşlarına məsləhətçi, kiçiklərə isə yol göstərən olub.


Çox yemişik yeməyini,

İtirmərik əməyini.

Halal elə çörəyini,

Aftandilim əmim mənim.

 

Unudulmaz Xatirə


Bu gün onun doğum günündə, onun xatirəsini dərin hörmətlə yad edirəm. Onun söylədiyi hər kəlmə, etdiyi hər bir yaxşılıq hafizəmizdə əbədi iz buraxıb. Hər zaman bizimlə qalan bu sətirlər qulağımda səslənir:


Babamızın əvəzisən,

Varlığımızın haqq səsisən.

Sən RAMİZİN ƏMİSİSƏN,

Aftandilim əmim mənim.


Aftandil əmi, sən bizə qoyub getdiyin dəyərlərlə, öyrətdiyin dərslərlə həmişə bizimləsən. Allah sənə rəhmət eləsin!

Cənnətdəki günün mübarək əziz əmim!

Ramiz İsmayılov


1-04-2025, 14:45 1 055

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101