Qərb Rusiyaya qarşı hərəkətə keçdi: “Putin nüvə ritorikasını yenidən gündəmə gətirə bilər"

 

Avropa hərbi qrupları Ukraynaya göndərilir. Məlumata görə, Avropa hərbi qrupları sülhməramlıların sayını və onların yerləşdirilmə yerlərini müəyyən etmək üçün yaxın həftələrdə Ukraynaya gələcək.  Belə ki, Avropa ölkələrinin yüksək rütbəli hərbçiləri Rusiya ilə mümkün qarşıdurmaya – hibrid münaqişə və ya birbaşa hərbi toqquşma ehtimalına qarşı hazırlıq görür.
Moderator.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Avropa hərbi qruplarını Ukraynaya göndərməklə Ukraynaya olan dəstəyini daha da gücləndirir və münaqişənin yeni bir mərhələyə keçdiyini göstərir:
“Əgər bu qüvvələr təkcə müşahidəçi və yaxud da sülhməramlı kimi iştirak edəcəksə, bu başqa bir mövzudur. Yox, əgər bu qüvvələr hərbi əməliyyatlara dəstək niyyəti ilə Ukrayna ərazilərində yerləşdirilirsə, bu o deməkdir ki, Qərb Ukraynaya təkcə maliyyə və silah yardımı etmir, eyni zamanda əsgəri qüvvə ilə də dəstək verir.  Qərbin bu addımı dünya üçün ciddi bir təhlükəyə çevrilə bilər. Çünki Moskva bunu açıq aşkar NATO -nun müharibəyə daha da aktiv şəkildə qoşulması kimi qiymətləndirəcək və Moskvanın bu cür qiymətləndirilməsi qaçılmazdır. Belə olan halda, Rusiyanın daha sərt hərbi cavab vermə ehtimalı artmış olur. Moskva Qərbin bu addımını şübhəsiz ki, eskalasiya kimi dəyərləndirib Ukraynadakı hədəfləri daha genişmiqyaslı raket və hərbi hücumlara tutacaq. Hesab edirəm ki, Putin Qərb ölkələrini də təhdid edərək nüvə ritorikasını yenidən gündəmə gətirə bilər. Ümumiyyətlə, Avropa hərbi qruplarını Ukraynaya göndərməklə müharibənin uzanmasına və daha geniş miqyas almasına gətirib çıxara bilər və bu Rusiya ilə Ukrayna arasında baş vermiş müharibənin sülh yolu ilə həll olunmasını çətinləşdirəcək. Çünki Moskva və Qərb arasında qarşıdurma dərinləşdikcə kompromis imkanları da azalmış olur. Münaqişənin gedişatı Avropa ölkələrinin nə qədər irəli gedəcəyindən və Rusiyanın buna hansı səviyyədə cavab verəcəyindən asılı olacaq”.
 
Mehin Mehmanqızı

1-04-2025, 20:03 49

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961