Sumqayıt Musiqi Kollecinin məzunlarının 165 nəfəri attestasiyada uğursuz oldu

 
Bildiyiniz kimi fevralın 28-dən martın 19-na qədər fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə müəllimlərin attestasiyası keçirilib. Burada 1700 nəfərə yaxın müəllim iştirak edib. Komissiya üzvlərindən olan professor, əməkdar müəllim Məmməd Quliyev fortepiano müəllimləri üzrə komissiyanın sədri olub.
Demokrat.az attestasiya prosesi haqqında Məmməd Quliyevin müsahibəsini təqdim edir:
-Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?
Attestasiya prosesinin başlanması və həyata keçirilməsini dəstəkləyirəm. Musiqi və incəsənət məktəblərində 90-ı illərdə mövcud olmuş və qeyri-qanuni fəaliyyət göstərən “orta və ali təhsil” müəssisələrinin məzunu olmuş yüzlərlə saxta diplomlu müəllimlər var attestasiya nəticəsində həmin müəllimlər öz bilik və bacarıqlarına uyğun qiymətləndiriliblər.Bildirmək istəyirəm ki komissiya üzvlərinin hər biri öz sahəsi üzrə peşkar şəxslərdən ibarət idi. Düşünürəm ki, bütün proses şəffaf və aydın həyata keçirilmişdir.
Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi?
Bu prosesinin başladılması çox vacib idi. İcra olunan proses tamamilə kamera nəzarəti altında həyata keçirilmişdi. Bu da şəfafflığın təməli idi. Nəticələr ədalətli şəkildə verilmişdir. Bir sıra məktəblərimiz (Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, 2 nömrəli Rəşid Behbudov adına OMM) var ki bu məktəblərin müəllimlərinin böyük əksəriyyəti attestasiyanı uğurla başa vurublar. Həmçinin attestasiya zamanı bəlli oldu ki uyğun nəticə göstərə bilməyən müəllimlərin 86 faizi orta ixtisas müəssisələrinin məzunlarıdır və 135 nəfəri vaxtilə Asəf Zeynallı adına adlandırılan Bakı Musiqi kolleci, 165 nəfəri isə Sumqayıt Musiqi kollecinin məzunlarıdır.Bəzi müəllimlərin sahəsi üzrə təməl sualları düzgün cavalandırmaması heç ürək açan deyildi. Lakin attestasiyada iştirak edən yaşı 60-dən yuxarı müəllimlərimizin böyük əksəriyyəti uyğun dəyərləndirilib. Bakı, həm Sumqayıt, həm də Abşeronda də fəaliyyət göstərən elə məktəblər var ki, burada çalışan və attestasiyada iştirak edən müəllimlərin təxminən 50 faizi uyğun olmayıb.Attestasiyanın bir neçə ildən bir yenidən keçirilməsini tövsiyyə edirəm.
Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?
Müəllimlər öz peşələrinə daha məsuliyyətli yanaşmalı, davamlı öz üzərində işləməlidilər.Attestasiya nəticəsindən asılı olmayaraq hər bir müəllim davamlı biliklərini təkmilləşdirməlidir. Müasir yanaşmalar, effektiv metodikalara yiyələnməlidirlər. Bu attestasiya prosesi müəllimlərə bir şans oldu ki öz bilik və bacarıqlarını dəyərləndirib təkminləşdirsinlər.

4-04-2025, 09:56 463

Digər xəbərlər

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1066