
Sumqayıtda qaz təchizatında müvəqqəti fasilə yaranıb.Sumqayıt.tv xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, Qurd dərəsi massivindətəmir-quraşdırma işləri ilə əlaqədar 04 aprel 11:20-dən etibarənqaz təchizatı dayandırılıb.
"Qaz təchizatı dayandırılan müddətdə Qurd dərəsi qəsəbəsində və52-ci məhəllənin bir hissəsində istehlakçıların qaz təchizatındamüvəqqəti fasilə yaranıb",- deyə əlavə edilib.