“Murov Qartalı” Raquf Orucovun anım mərasimi keçirildi

 
Bu gün 2016-cı il Aprel döyüşlərinin qəhrəmanı, “Murov qartalı” kimi tanınan şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə anım tədbiri keçirilib.
Sumqayıt.tv xəbər verir ki, Raquf Orucov hərbi xidmət dövründə – xüsusilə Murovda yerləşən çətin mövqedə həyata keçirdiyi kəşfiyyat əməliyyatları ilə yadda qalıb və Azərbaycan Ordusunun tarixinə əfsanəvi komandir kimi düşüb. Onun fəaliyyəti həm zabit yoldaşları, həm də əsgərləri tərəfindən böyük hörmətlə qarşılanıb.

Raquf Orucovun göstərdiyi xidmətlər və uğurlu əməliyyatları ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Anım tədbiri Sumqayıt Şəhidlər Xiyabanında baş tutub. Tədbirin təşkilatçısı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətindən və Raquf Orucovun döyüş yolundan danışıb.

Tədbirdə həmçinin aşağıdakı şəxslər iştirak ediblər:

Milli Məclisin deputatı Elman Məmmədov,

Ağdam İcra Hakimiyyəti başçısının birinci müavini Xəqani Nəzərov,

Sumqayıt İcra Hakimiyyətinin nümayəndələri,

Şəhidin həyat yoldaşı, “Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova,

Qarabağ qazisi Ədalət Məhərrəmov,

Din xadimi Hacı Rövşən,

Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev,

İctimaiyyət nümayəndələri və Raquf Orucovun adını daşıyan məktəbin şagirdləri.

Çıxış edənlər şəhidin şücaətindən, vətənpərvərliyindən və Aprel döyüşlərinin Azərbaycan tarixindəki önəmindən danışıblar.

 

 

 

 


4-04-2025, 22:34 122

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102