Sumqayıtda qadın 18 nəfərdən uşağının xəstəliyi adı ilə pul alıb - HAKİMİ SAYMAYAN SƏFİXANOVA KİMDİR?

 

Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Lakin məhkəməyə gəlmir.

Sumqayit.tv Musavat.com-a istinadla xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır.

O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir.

Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, 2-ci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb.

Aldadılan şəxslər başa düşüb ki, onun övladı yoxdur.


Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb.

Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur.

Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq 8 məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarına məhəl qoymur. Hakim isə onun məhkəməyə gətirilməsinə nail olmaq istəmir və hətta məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir.

Maraqlıdır ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur?

Məhkəmə yenidən təxirə salınıb və zərərçəkmiş şəxslər əliboş evə qayıtmalı olub.

Zərərçəkmiş şəxslər maddi zərərlə yanaşı, məhkəməyə mənəvi zərərlə bağlı iddialarını da təqdim ediblər.


15-04-2025, 19:39 371

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102