Elm, zəriflik və nümunəvi həyat – Zərifə Əliyevanın 102 illiyi Sumqayıtda anıldı -FOTOLAR


 
Bu gün Sumqayıt şəhərində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Uğurlu qadın olmağın sirri” adlı şəhər tədbiri keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, STP Şirkətlər Qrupu və Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıt Muğam Mərkəzində təşkil olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, deputatlar Tahir Mirkişili, Elnarə Akimova, Səbinə Salmanova, Zaur Şükürov, STP Şirkətlər Qrupunun nümayəndələri, həkimlər, müəllimlər və şəhər ictimaiyyəti iştirak edib.

Tədbirdən öncə qonaqlara sərgi təqdim olunub. Ardınca tədbir Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Milli Məclisin deputatı Mehriban Vəliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edib, onun timsalında Azərbaycan qadınının nümunəvi dəyərlər daşıdığını vurğulayıb. O, STP Şirkətlər Qrupunun "Zərif mühəndislər" və "Sabahın gücü" layihələri çərçivəsində qadın mühəndislərin uğurlu fəaliyyətindən söz açaraq, uğurlu qadın olmağın zəhmət, sədaqət və insanlara sevgidən keçdiyini bildirib.

Tədbirdə Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş olunub.

Professor Dilarə Seyidzadə çıxışında Zərifə xanım və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Daha sonra Bahar Muradova Zərifə xanımın oftalmologiya sahəsində əldə etdiyi uğurlardan, yüksək insani keyfiyyətlərindən və qadınlara örnək həyat yolundan bəhs edib.

Milli Məclisin komitə sədri Hicran Hüseynova da çıxışında Zərifə Əliyeva haqqında xatirələrini bölüşərək onun ictimai və elmi fəaliyyətinə diqqət çəkib.

Tədbirin davamında "Sabahın gücü" layihəsinin məzunu Nərgiz Qafarova layihə və tədbir haqqında məlumat verib. Ardınca gənclərin sualları ətrafında panel müzakirəsi keçirilib. Paneldə deputatlar Səbinə Salmanova, Elnarə Akimova, Prezident təqaüdçüsü və əməkdar müəllim Ofelya Babayeva, əməkdar həkim Təranə Rəcəbli iştirak edərək gənclərin suallarını cavablandırıblar.

Sonda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycan qadınları üçün məktəb olan həyat yolundan danışıb, gənclərə dəyərli tövsiyələr verib.

Tədbir Sumqayıt Musiqi Kollecinin təqdim etdiyi bədii proqramla başa çatıb.

 

 

 


 

 

 


 



25-04-2025, 01:12 235

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102