Sumqayıtda bir neçə restoran və şadlıq sarayı havaya normadan artıq tullantı atdığına görə cərimələnib

 

Ekologiya Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində ictimai-iaşə obyektlərində ekoloji pozuntular aşkarlanıb.

Sumqayıt şəhərində fəaliyyət göstərən bir sıra restoran və şadlıq saraylarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib.

Bu barədə Sumqayit.tv-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan son bir həftəlik müşahidələr nəticəsində aşağıdakı ictimai-iaşə obyektlərində ekoloji qaydalara əməl olunmadığı aşkar edilib:

  • “Gold Palace”

  • “Okean”

  • “Green House”

  • “Xəlifə”

  • “Qərb”

  • “Bəyaz Saray”

  • “Sevgi Palace” şadlıq sarayları

  • “Xan” və “Ərkivan” restoranları

Aparılan monitorinqlər zamanı bu obyektlərin fəaliyyətindən havaya normadan artıq tullantı atıldığı qeydə alınıb. Faktlar əsasında həmin obyektlərin məsul şəxsləri barəsində protokollar tərtib olunub və hər biri 2500 manat məbləğində cərimələnməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərini ətraf mühitə təsirləri ilə bağlı daha diqqətli olmağa çağırır.


16-05-2025, 12:01 266

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102