DTX-nin əməliyyatı: Sumqayıtda yaşayan 18 yaşlı gənc Bakıda terror aktı planlaşdırıb

 

Bakıda yəhudi sinaqoquna qarşı terror aktı planlaşdırmaqda ittiham olunan Sumqayıt şəhər sakini, 18 yaşlı Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sumqayit.tv  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. İclas zamanı təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və işin baxışa verilməsi barədə qərar qəbul olunub. Məhkəmə baxış iclası 2025-ci il iyunun 2-nə təyin edilib.

İttihama görə, Sumqayıtda yaşayan Abdulla Əliyev "İŞİD Xorasan" adlı terror təşkilatına bağlılıqda ittiham olunur. Araşdırmalara əsasən, o, ötən ilin dekabrın 28-də Bakı şəhərində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na “Molotov kokteyli” və digər silah qismində əşyalarla hücum etməyə hazırlaşıb.

Hadisə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən operativ əməliyyat zamanı qarşısı alınaraq, Abdulla Əliyev saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən odlu silah qismində istifadə oluna biləcək müxtəlif əşyalar aşkarlanaraq götürülüb.

Abdulla Əliyevə qarşı Cinayət Məcəlləsinin terrorçuluq və cinayətkar birlikdə iştirakla bağlı aşağıdakı maddələri ilə ittiham irəli sürülüb:

  • 28, 214.2.1 – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq;

  • 28, 214.2.3 – odlu silahdan istifadə etməklə terrorçuluq;

  • 28, 214.2.6 – dini radikalizm və dini fanatizm zəminində terrorçuluq;

  • 218.2 – cinayətkar birlikdə iştirak.

Qeyd edək ki, bu, son illərdə Sumqayıtdan radikal dini motivlərlə terrora cəhd göstərilmiş ən ciddi fakt kimi qiymətləndirilir.


20-05-2025, 12:34 194

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102