Sumqayıtın deputatı Elgün məsələsini parlamentdə qaldırdı -VİDEO

Milli Məclisin bu gün keçirilən iclasında Gəncədə ağır vəziyyətdə tapılan və bir gün sonra xəstəxanada vəfat edən 17 yaşlı məktəbli Elgün İbrahimovdan söz açılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O qeyd edib ki, Elgün İbrahimovun ölümü cəmiyyəti sarsıdıb.

"Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya Kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü...

Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da büyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik.

Niyə belə olur, gələcək belə faciələrin qarşısını almaq üçün nə etmək olar? Burada biz nə etsək də, bütün problemlərimizin kökü ilk növbədə təhsilə gedib çıxır. Düşünürəm ki, bu gün məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir. Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. O qədər ciddi şəkildə yanaşılmalıdır ki, məsələyə, deyək ki, doğrudan da, əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris eləməməlidir. Əks təqdirdə bu, heç bir nəticə verməyəcək.

Unutmayaq ki, bu günün məktəblisi təkcə riyaziyyat testini yox, boşanmış ailə mühitini, depressiyanı, zorakılığı, özünü ifadə edə bilməmək ağrısını, ailə gözləntilərini, kiber zorakılığı və özgüvən çatışmazlığını da daşıyır. Bu işə doğrudan da işin peşəkarları, bu ixtisası daşıyanlar cəlb olunmalıdır ki, məlum yükü daşımağa həm səlahiyyəti, həm də qüdrəti çatsın.

Bu gün aydın məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir. Mən dəfələrlə bu məsələni aktuallandırmışam ki, təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyata toxunan bir sahədir, mənəviyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda Kəngərli sakinləri ilə də görüşdə qalib olmağımıza əsas səbəb kimi bizim mənəviyyatımız, ədəbiyyatımız, mədəniyyətimiz, ailə və məktəbi göstərdi. Bu mənəviyyat, mədəniyyət təməllərini qorumaq lazımdır.

Baxın, Prezident Qarabağda sıfırdan başlayaraq necə böyük işlər görür. Bizim axı bugün bütün sahələrdə yaxşı ənənəmiz var, bizim ədəbiyyət ənənəmiz var, bizim mədəniyyət ənənəmiz var, sadəcə o təməlllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, qeyimi, yəni bunlar diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüş və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Ona görə bu qism məsələlərdə həssas davranmalı, gecikməməliyik. Gecikəndə, bax belə adda-budda da olsa negativləri çıxır və bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün düşünürəm ki, bir cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik.",-o deyib.


Deputat qeyd edib ki, daha çox psixoloji durumu yerində olmayan yeniyetməni narkotiklərə öyrəşdirmək daha asandır. Bu mənada psixoloqların üzərinə böyük iş düşür:

"Bu məsələ inzibati yox, strategiya məsələsidir. Elm və Təhsil Nazirliyi və dövlət bu sahəni sıradan bir kadr problemi kimi deyil, uşaq hüquqları və cəmiyyətin gələcəyi kimi görməlidir. Elə məsələlər var ki, onların müzakirəsi hansısa bir cariliyə, gündəm müzakirəsinə bağlıdır. Gəlir, müzakirə olunur və keçib gedir. Bir mövzu isə hər bir zaman prioritet olmalıdır hər bir xalqın, dövlətin qarşısında. Bu da maarifçilikdir. Necə deyirdi XX əsrin əvvəllərində Ömər Faiq Nemanzadə? Deyirdi ki, işığımız sönməyəcək. Deyirdi və bunun üçün addımlar atırdı. Biz də o ışığı qorumalıyıq ki, gələcək faciələrin, gənclərin ölümlərinin qarşısını ala bilək".

23-05-2025, 23:38 244

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102