Sumqayıt bələdiyyələrinin sədrlərinin də adının hallandığı rüşvət işi üzrə kassasiya şikayəti verildi

 

Bakıda külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksək vəzifəli şəxsin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Sumqayit.tv xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İldırım Məmmədov 8 il 6 ay, Nazim Səfərov 8 il 4 ay azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə 1 il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasına məhkum edilib. Eyni zamanda Nicat Abbasov, Ehtiram Eyvazov, Mircəlal Xurşudzadə, Ruslan Əliyev 3il 6 ay, Mübariz Paşayev, Elsevər Paşayev, Baği Məsimov 3 il 4 ay, Amil Aslanov və Etibar Eyvazov 3 il 3 ay, Pərviz Ələkbərov, Aydın Cəfərov, Səlim Süleymanov 3 il 2 ay müddətdə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Bununla yanaşı, təqsirləndirilən Asif Yusifov 2 il 4 ay, Şıxəli Abbasov və Məhi Həsənov 2 il 2 ay müddətində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilsə də, onlar həbsdə olduqları üçün cəza ödənmiş sayılıb. Təqdirləndirilən Famil Məmmədov və Əsəd Nəsirov vəfat etdiyi üçün onların cinayət işinə xitam verilib.

 

Qeyd edilən iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov, Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. //Pravda.az


26-05-2025, 11:50 27

Digər xəbərlər

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyirdilər - ağır cəza aldılar

Qızılın qiyməti BAHALAŞDI

Sumqayıtda sakinlərin problemi niyə həll edilmir?: "Ağcaqanadın, milçəyin əlindən dayana bilmirik"

Bu konfetləri yeməyin - Tərkibində xərçəng yaradan maddə tapıldı

Fyordlar, qayalar və yeraltı tunellər ölkəsi Norveç - Preikestolendən REPORTAJ

15 İyun – Milli Qurtuluş Günü: Xalqın seçimi, dövlətin xilası

Sumqayıtda valideynlərini öldürərək ömürlük cəza alan şəxslə bağlı QƏRAR

Sumqayıtda 18 yaşlı gənci bıçaqladılar

Kəmalə Günəşli Sumqayıtda toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar

Deputat Səbinə Salmanova: “Şuşa Bəyannaməsi sülhün və təhlükəsizliyin təminatıdır”

“Bələdiyyə parkı”nda yenilənmə davam edir – FOTO

Qərbi Azərbaycanın yaddaşında bir rayon: Çəmbərəkdən danışan səs - VİDEO

Əri ona xadimə ilə xəyanət edibmiş - Məşhur plastik cərrahın qətlinin şok təfərrüatı - FOTO

Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki açıqlanıb

Fəxrimiz – Vəlizadə Həsən Arif oğlu yüksək nəticə ilə yadda qaldı - FOTO

Masallıda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib

Sumqayıtda silah-sursat aşkarlanıb

“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu haradadır?

Milli Məclis 12 məsələyə görə toplaşacaq - Gündəlik

DİM mayın 11-də keçirdiyi imtahanların nəticələrini açıqlayıb

1 2 3 4 5 6 7 8 9 10 ... 957
Bu gün, 14:07
Bu gün, 14:03
Bu gün, 13:46
Bu gün, 13:34
Bu gün, 11:30
Bu gün, 11:24
Bu gün, 10:02
Bu gün, 00:10
Dünən, 22:49
Dünən, 18:17
Dünən, 18:14
Dünən, 17:35
Dünən, 16:39
Dünən, 16:37
Dünən, 15:54
Dünən, 12:48
Dünən, 12:46
10-06-2025, 20:06
10-06-2025, 20:05
10-06-2025, 20:03
10-06-2025, 20:01
10-06-2025, 19:50
10-06-2025, 18:33
10-06-2025, 12:41
10-06-2025, 12:27
10-06-2025, 12:24
10-06-2025, 12:21
10-06-2025, 10:06
9-06-2025, 15:15
9-06-2025, 08:47
9-06-2025, 08:29
9-06-2025, 08:05
8-06-2025, 14:23
8-06-2025, 14:00
7-06-2025, 15:08
6-06-2025, 21:06
6-06-2025, 20:02
5-06-2025, 12:23
5-06-2025, 11:28
5-06-2025, 11:26
1 2 3 4 5 6 7 8 9 10 ... 957