Əvəz Zeynallının vəziyyəti ağırlaşır - “Xural” rəhbərinə qan köçürülüb

 
Bu millətdən başqa güvənəcəyim heç yer yoxdur”

Xərçəng xəstəliyi səbəbindən azadlığa buraxılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının səhhətindəki problemlər hər keçən gün artmaqdadır. Hazırda Türkiyədə müalicə alan tanınmış jurnalistə qan köçürülüb.

Musavat.com Əvəz Zeynallının özü ilə əlaqə saxlamağa çalışdıq.

Danışmağa çətinlik çəkən Əvəz Zeynallı son durumu ilə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandıra bildi:

“Hələ bir şey dəyişməyib. Çox şiddətli ağrılarım var. Ciddi şəkildə müalicə kursuna hazırlaşırlar. Bu elə bir xəstəlikdir ki, gərək orqanizmdə bütün göstəricilər hazır olsun ki, kimyaterapiya, “akıllı ilaçı” qəbul etsin. Bir komponent ona hazır olmayanda o məsələ qalır. Məndə qan problemi var. Qan aşağı idi. 2 gün əvvəl qan vuruldu. Bu gün səhər gedib o qanın analizini verdik ki, nəticələr məlum olsun. Əgər qan normal səviyyəyə gəlsə, dərhal müalicələr başlayacaq, əks halda normal səviyyəyə gəlməsə, o zaman yenə də qan vurulmalıdır ki, qan o səviyyəyə gələ bilsin.

Belə bir vəziyyətdəyik. Şiddətli ağrılarım durmadan artmaqdadır. Bəzən nəfəs ala bilməyəcək dərəcəyə gəlirəm. Allah böyükdür. Yavaş-yavaş gözləyirik ki, görək nəticə nə olacaq”.

Ə.Zeynallı onunla bağlı təşkil olunan kampaniyalara, rəsmi qurumlara edilən müraciətlərə də toxundu:

“Bəli, müraciətlər olunub. Biz də müraciət etdik. Amma hələ ki, rəsmi dairələrdən bir məlumatımız yoxdur. İctimai kampaniya gedir. Sizin də yəqin ki, məlumatınız var. Müxtəlif efirlər, müstəqil internet televiziyaları bu kampaniyanı aparırlar. İnşallah, hər şey yaxşı olar. Bu millətdən böyük heç kim yoxdur. Bu millətdən başqa da güvənəcəyim heç yer yoxdur. Yəqin ki, millətimin duaları və dəstəyi ilə bu çətinlikləri də keçəcəyik. Hər kəsə təşəkkür edirəm, dostlarıma salamlarımı çatdırın”.


26-05-2025, 14:43 147

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102